Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilənDünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsimövzusunda XII Qlobal Bakı Forumun birinci gününün sonuncu paneli keçirilib.

AZƏRTAC xəbər verir ki, Bosniya Herseqovinanın BMT yanında daimi nümayəndəsi, Bosniya Herseqovinanın sabiq Baş naziri, Bosniya Herseqovinanın sabiq Baş nazirinin müavini Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilənGələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" adlı panel iclasda Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova çıxış edib.

Türkiyə Respublikası Prezidentinin milli təhlükəsizlik xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc, Beynəlxalq Telekommunikasiya Birliyinin Baş direktorunun müavini Tomas Lamanauskas, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini, Nüvə Elmləri Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar, BMT 77-ci Baş Assambleyasının Prezidenti Ksaba Korosi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd M.Xan, Macarıstanın sabiq Prezidenti Katalin Novak Dünya Bankının sabiq vitse-prezidenti Hafez Qanem, Sloveniyanın sabiq Prezidenti Borut Pahorun da çıxış etdikləri iclasa BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder videoformatda qoşulub.

Qay Rayder bildirib ki, BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir. Bu sənəd, habelə onun ehtiva etdiyi Qlobal Rəqəmsal Saziş Gələcək Nəsillər haqqında Bəyannamə yeni fürsətlərə istifadə olunmamış imkanlara yol açır. Bu sənəd bütün xalqlar millətlər üçün davamlı, ədalətli dinc qlobal nizamın əsasını qoyacaq.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş direktorunun müavini Tomas Lamanauskas çıxışında deyib: “Biz təmiz enerji həllərini önə çəkməliyik, çünki süni intellektlə bağlı məlumat mərkəzləri artıq planetimizdə müəyyən gərginlik yaradır”. O qeyd edib ki, “BMT bir sıra təşkilatlar süni zəka, maliyyələşmə təhlükəsizlik məsələləri kimi sahələrdə birgə işləyə bilmirfikri formalaşıb. Lakin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri COP29 çərçivəsində birgə maliyyə fəaliyyəti üzrə əldə olunan irəliləyiş sübut edir ki, BMT üzv ölkələr, təşkilatlar birgə səylər nəticəsində razılığa gələ bilirlər.

Türkiyə Respublikası Prezidentinin milli təhlükəsizlik xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc qeyd edib ki, Türkiyə coğrafi mövqeyinə görə bütün münaqişələrin mərkəzinə çevrilib. Bu gün qonşuluğumuzda olan Qəzza, Ukrayna münaqişə yaşanan digər bölgələrdə sabitlik çox həssasdır. Ermənistanla Azərbaycan arasında 30 illik müharibə öz həllini tapa bilmirdi. Minlərlə insanlar bu cür münaqişələrdə həyatlarını itirdi. Bu isə münaqişə tərəflərinin bir-birinə etimad göstərməməsindən irəli gəlir.

Biz öz məsələlərimizi indidən həll etməliyik ki, gələcək nəsillər bu tələdə qalmasınlar”, - deyə Akif Çağatay Kılıc əlavə edib.

Nüvə Elmləri Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar diqqətə çatdırıb ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bombalarla əlaqəsi yoxdur, bu təşkilat sülh naminə nüvə enerjisi istifadəsini təmin edir. Burada isə elm texnologiya mühüm rol oynayır. Düşünürəm ki, alimlərin siyasətçilərin bir masada oturmaları düzgün olardı.

BMT 77-ci Baş Assambleyasının Prezidenti Ksaba Körösi çıxışında qeyd edib ki, geosiyasi çağırışlarla mübarizə aparmaq üçün qurum olaraq adətən sıfır məbləğli oyun (zero-sum game) yanaşmasını tətbiq edirik. Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün isə əməkdaşlığa ehtiyacımız var. Çünki yalnız birlikdə reallıqları hazırkı vəziyyəti daha yaxşı həll yolu tapmaqla dəyişə bilərik.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd M.Xan bildirib ki, mövcud çağırışları Təhlükəsizlik Şurasının iflic olmasını nəzərə alaraq, Gələcək üçün BMT paktı çox mühüm məsələlərdən biridir. Onun icrası üçün yeni üfüqlər yaradılmalıdır.

Panel iclasda çıxış edən digər natiqlər BMT-nin daha səmərəli fəaliyyəti üçün bütün ölkələrlə sıx əlaqədə əməkdaşlıq qurulmasının vacibliyini vurğulayıb, dünyada mövcud durumda konstruktiv dialoqun aparılmasının vacibliyini diqqətə çatdırıblar.

 

Azərbaycan.-2025.-14 mart (¹56).- S.8.