Qlobal
Bakı Forumunda çoxqütblü dünya
üçün multilateralizmə
yenidən baxılması
mövzusu müzakirə
olunub
Qlobal Bakı Forumunda çoxqütblü
dünya üçün
multilateralizmə yenidən
baxılması mövzusu
müzakirə olunub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya
düzəninin yenidən
düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”
mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, Belçikanın
sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən “Çoxqütblü dünya
üçün multilateralizmə
yenidən baxılması”
adlı panel iclasında əvvəlcə
Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış
edib. O, ABŞ-ın
ÜST-dən çıxmasını
itki olaraq qiymətləndirərək deyib:
“Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir.
Yeganə imkan birgə mübarizədir.
ABŞ inkişafa dəstəyin
30 faizini ödəyir.
Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə
təsir göstərəcək.
Məsələn, Qazanılmış
İmmunçatışmazlığı
Sindromuna (QİÇS) qarşı
mübarizəyə və
digər sahələrə
maliyyə yardımının
göstərilməməsi qabaqcıl tədbirlərin
görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların
olmaması, çatdırılmanın
gecikməsi müalicəni
çətinləşdirir. Burada xüsusilə Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini
dayandırmalı olacağıq”.
Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
beynəlxalq münasibətlər
sisteminin yeni mərhələdən keçdiyinə
diqqət çəkib:
“Geosiyasi dəyişikliklər,
daha geniş münaqişələr müşahidə
olunur. Məhz bu sahədəki böhran çağırışlarının
həll variantlarının
tapılması olduqca
vacibdir. Bir çox təsisatlar təsirli yanaşmalar tətbiq etməyə çalışırlar. Gücün
tətbiqindən əl
çəkmək, tərəfləri
daha çox bir araya gətirmək
istəyirlər”.
Nazir bildirib ki, çoxqütblülük
qlobal səviyyədə
güclərin dəyişməsi,
tarazlığın bərpası
deməkdir. Dövlətlər
ideoloji baxımdan daha sıx işləməyə
çalışırlar. İkitərəfli
razılaşmalara daha
çox üstünlük
verilir, nəinki daha böyük razılaşmalara.
“Azərbaycan münaqişələrə
və çağırışlara
baxmayaraq, tərəfdaşlarla
əməkdaşlıq edir.
Biz bərabərliyi üstün tuturuq. Azərbaycan çoxtərəfli
münasibətlərə önəm
verir. Bütün beynəlxalq təşkilatlarla
əlaqələr qururuq.
Biz milli maraqlarımızı müdafiə
edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət
bəsləyirik”, - deyə
nazir əlavə edib.
Finlandiyanın sabiq
Prezidenti Tarya Halonen çoxqütblü
dünyanın hər
kəs üçün
vacib olduğunu bildirərək vurğulayıb:
“Düşünürəm ki, Təhlükəsizlik Şurasının tərkibi
daha çoxşaxəli
olmalıdır. Hazırda
bütün dünyada
gedən dəyişikliklər
olduqca mürəkkəbdir”.
İspaniyanın sabiq
xarici işlər naziri Ana Palasio
isə sülhə nail olmağın yolunun qarşılıqlı
məsləhətləşmələr olduğunu deyib. Onun sözlərinə görə, çoxqütblülük
mövzusunun müzakirə
edilməsi olduqca vacib məsələdir.
“Bir çox məsələlər müzakirə
olunur. Ancaq əsas düşündürücü
məqam bütün proseslərin başlama səbəbidir. İnsanlar
süni intellekt, kosmos və insan irqi barədə
narahatdırlar. Çalışmaq
lazımdır ki, narahatlıq yaradan problemlərin həll yolları axtarılsın.
Bu səbəbdən Qlobal Bakı Forumunun çox əhəmiyyətli platforma
olduğunu düşünürəm”,
- deyə o əlavə
edib.
BMT Baş Assambleyasının
62-ci sessiyasının sədri,
Şimali Makedoniyanın
keçmiş xarici işlər naziri Srgjan Kerim beynəlxalq
münasibətlərdə dərin böhran və tektonik dəyişikliklərin olduğunu
xatırladaraq qeyd edib: “Biz əsas
diqqətimizi qeyri-tarazlığın
necə aradan qaldırılmasına yönəltməliyik.
Yeni dünya düzənində güclərin
tarazlığı olacaqmı,
yoxsa maraqların? Bu, ən vacib
iki məqamdır”.
O, həmçinin bildirib:
“BMT yeganə beynəlxalq
universal qurumdur. Onun buraxılması faciəvi
səhv olardı. Tarixdən dərs çıxarmalıyıq. Belə
bir qurumun mövcud olmaması İkinci Dünya müharibəsinə gətirib
çıxardı. Artıq
uzun müddətdir
ki, BMT-də islahatların
aparılmasının vaxtı
yetişib. Bu sistem daxilində illərdir həmin istiqamətdə çağırışlar var. Biz əsas diqqətimizi məhz bu məsələyə
yönəltməli və
sadəcə, çoxqütblü
dünyaya uyğunlaşmalıyıq.”
Ərəb Liqasının
sabiq Baş katibi, Misirin sabiq xarici işlər
naziri Amr Musa beynəlxalq
münasibətlərdə ünsiyyətin, qarşılıqlı
əməkdaşlığın önəmini xatırladaraq
vurğulayıb: “Mən
səmimi-qəlbdən ümid
edirəm ki, hazırda
dünyadakı geosiyasi
vəziyyəti olduğu
kimi görürsünüz.
Bu, gələcəyin gündəmidir.
Beynəlxalq sülhə
və təhlükəsizliyə
təhdidlər birbaşa
müharibələrlə əlaqəlidir”.
“Reinventing Bretton
Woods” Komitəsinin təsisçisi
və icraçı direktoru Mark Uzan son 30 ildə qlobal maliyyə sisteminin bir çox maliyyə böhranı ilə üzləşdiyini
bildirərək deyib:
“İlk böhran ötən
əsrdə başladı.
Meksika böhranını
xatırlaya bilərsiniz,
sonra Kanada maliyyə böhranı gəldi və nəhayət, 2008-ci ilin böyük qlobal maliyyə böhranı baş verdi. Bütün bu böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi
sayəsində həll
edildi”, - deyə o diqqətə çatdırıb.
Renmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin
direktoru Vanq Yivei isə çoxtərəfliliyi dəstəkləməyin
vacibliyini vurğulayıb.
O qeyd edib ki, bu, təkcə bir proses deyil, həm də əldə olunan nəticələrə əsasən
daha çox üstünlük verilməli
yanaşmadır.
“Çin
də eyni mövqedədir və biz çoxtərəfliliyin tərəfdarıyıq.
Çində biz deyirik
ki, hər şey xalqa xidmət üçündür”, – deyə
o diqqətə çatdırıb.
Vanq Yivei, həmçinin əlavə
edib: “Suriyadan Avropaya axın edən qaçqınların
sayına baxdıqda, bunun müxtəlif yan təsirlərlə bağlı olduğunu görürük. Biz dünyada
bir ailə kimi yaşamalıyıq”.
Panel mövzu ətrafında müzakirələrlə davam
edib.
Azərbaycan.-2025.-14
mart (¹56).- S.8.