Sabiq prezident Andris Berzinş: Latviya ilə Azərbaycan arasında elm təhsil sahəsində əməkdaşlıq potensialı yüksəkdir

 

Latviya ilə Azərbaycan arasında uzunmüddətli sıx əlaqələr mövcuddur.

Bu barədə AZƏRTAC-a müsahibəsində Latviyanın sabiq prezidenti Andris Berzinş deyib.

Şəxsən öz adımdan deyə bilərəm ki, prezidentliyim müddətində Azərbaycan Prezidenti ilə gözəl əlaqələrimiz olub. Siyasi iqtisadi əlaqələrimiz uğurla inkişaf edir hazırda burada olmağımın əsas məqsədi bu pozitiv dinamikanı gücləndirməkdir. Təhsil sahəsinə gəldikdə isə fikrimcə, ölkələr arasında tələbə mübadiləsi aşağıdır. Ona görə bu sahədə çoxlu sayda birgə layihələr icra olunmalıdır, təmaslar qurulmalıdır. Xüsusilə elm təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq potensialı yüksəkdir. Düşünürəm ki, Azərbaycanda latviyalı tələbələrin Latviyada azərbaycanlı tələbələrin sayında artım ölkələr arasında münasibətlərə pozitiv təsir göstərər”, - deyə Latviyanın sabiq prezidenti əlavə edib.

 

Azərbaycan.-2025.-14 mart (№56).- S.8.