Albaniya Prezidenti: Bu Forum həm təcrübəmizi,
həm də narahatlığımızı bölüşmək üçün
yaxşı fürsətdir
Bakı Qlobal Forumu mühüm məsələlər haqqında
müzakirələr aparmaq
üçün çox
yaxşı fürsətdir.
AZƏRTAC xəbər verir ki, bu
fikri Albaniya Respublikasının Prezidenti
Bayram Beqay XII Qlobal Bakı Forumu çərçivəsində
jurnalistlərə açıqlamasında
deyib.
“Düşünürəm ki, dünyanın narahat olduğunu, o qədər çox mənfi hadisələrin olduğunu nəzərə alsaq, bütün bu çağırışları öz imkanlarımıza çevirmək üçün real imkanları müzakirə edə bilərik. Burada ən vacib məqamlardan biri hər bir təmsilçinin öz ölkəsində rastlaşdığı problemlərdən danışmasıdır. Bu problemlər barədə fikirlərimi əvvəlcə Prezident İlham Əliyevlə, eyni zamanda, bir sıra Forum iştirakçıları ilə bölüşmək istədim. Bu Forum həm təcrübələrimizi, həm də narahatlıqlarımızı bölüşmək üçün yaxşı fürsətdir”, - deyə Albaniya Prezidenti vurğulayıb.
Azərbaycan.-2025.-14 mart (№56).- S.8.