Milli
Məclis hərbi cinayətlər törətməkdə
təqsirləndirilən şəxslərlə
bağlı beynəlxalq
təsisatlara məktublar
ünvanlayıb
Milli Məclis hərbi cinayətlər törətməkdə təqsirləndirilən
şəxslərlə bağlı
beynəlxalq təsisatlara
məktublar ünvanlayıb
Hərbi cinayətlər
törətməkdə təqsirləndirilən
şəxslərlə bağlı
Azərbaycanda keçirilən
məhkəmə prosesi
ilə əlaqədar
Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri
ilə əlaqələr
üzrə işçi
qruplarının rəhbərlərinə,
parlamentlərin beynəlxalq
komitələrinin sədrlərinə
və beynəlxalq parlament təşkilatlarına
məktublar ünvanlanıb.
Parlamentin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a verilən məlumata
görə, məktublarda
Azərbaycanın hərbi
cinayətlər törətməkdə
təqsirləndirilən şəxslərin
məhkəmə prosesini
pozmağa cəhd edən əsassız qarayaxma kampaniyası ilə üzləşdiyi
qeyd olunub. Həmin şəxslərin
Ermənistanın 30 il
davam etmiş hərbi təcavüzü
çərçivəsində hərbi cinayətlər, bəşəriyyətə qarşı
cinayətlər, etnik
təmizləmə, hərbi
təcavüz, soyqırımı
aktları, işgəncələr
və digər ağır cinayətlər
törətməkdə ittiham
olunduqları diqqətə
çatdırılır.
Bu məsələ
ilə bağlı irəli sürülən
yalan iddiaların məhkəmənin legitimliyini
şübhə altına
almaq məqsədi daşıdığı vurğulanaraq
qeyd edilir ki, hərbi cinayətkarları “hərbi
əsir” adlandırmaq
və onların azad olunmasını tələb etmək vəziyyətin mahiyyətini
bilməməkdən və
ya onu qəsdən
görməzdən gəlməkdən
qaynaqlanır.
Həmçinin mühakimə
olunanların Azərbaycan
dövlətinə və
xalqına qarşı
törətdikləri cinayətlər
faktlarla diqqətə
çatdırılır. Bu
şəxslərin Azərbaycan
ərazilərinə qarşı
həyata keçirilmiş
hərbi təcavüzü
planlaşdıran və
icra edən, eyni zamanda, hərbi
cinayətlər, bəşəriyyətə
qarşı cinayətlər
törədənlər arasında
olduqları vurğulanır.
Lakin bu günədək bu müharibə cinayətlərinə
və insanlıq əleyhinə cinayətlərə
görə Ermənistanda
bir nəfərin belə məsuliyyətə
cəlb olunmadığı,
əksinə, Ermənistanın
bu cinayətkarları
qəhrəman kimi tərənnüm etməkdə
davam etdiyi vurğulanır.
Məktublarda deyilir
ki, aparılan istintaq zamanı Ermənistanın və onun hərbi-siyasi rəhbərliyinin hərbi
təcavüz və işğala görə məsuliyyət daşıdığını
sübut edən mühüm faktlar aşkar olunub.
Eyni zamanda bildirilir ki, bəzi siyasətçilərin,
parlament üzvlərinin
və media nümayəndələrinin əsassız
iddialarına baxmayaraq,
bu şəxslərin
vəkil tutmaq hüququ tam təmin edilir, onlara qarşı hər hansı pis rəftar barədə heç bir şikayət daxil olmayıb və məhkəmə prosesləri tam şəffaf şəkildə
aparılır.
Yekunda vurğulanır
ki, Azərbaycanın ərazisində müharibə
cinayətkarlarının ədalətli
mühakiməsinə qarşı
çıxanlar açıq
şəkildə etnik
təmizləməni, işğalı
və təcavüzü
dəstəkləyirlər. Ədalət olmadan sülh mümkün deyil və ədalət
yalnız cəzasızlıq
sona çatdırıldıqda
bərqərar ola bilər.
Məktublara Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətləri özündə ehtiva edən və BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qəbul edilmiş 2019-cu il tarixli "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində müharibə cinayətləri və Ermənistan Respublikasının məsuliyyəti haqqında Hesabat" (A/74/676 – S/2020/90) da (https://www.mfa.gov.az/files/report-on-the-war-crimes-in-the-occupied-territories-of-the-republic-of-azerbaijan-and-the-republic-of-armenias-responsibility.pdf) da əlavə edilib.
Azərbaycan.-2025.-14 mart (№56).- S.9.