Milli Məclisdə görüş

 

Martın 13-də Milli Məclisin Sədr müavini Rafael Hüseynov Estoniya Respublikası parlamentinin (Riiqikoqun) Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Riina Solman ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, qonağı salamlayan Rafael Hüseynov Azərbaycanın Estoniya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Ölkələrimizin müstəqillik tarixlərini müqayisə edən vitse-spiker 30 ildən artıq davam edən diplomatik münasibətlərimizdən söz açıb, müstəqillik illərində əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Rafael Hüseynov ikitərəfli münasibətlərdə parlamentlərarası əlaqələrin xüsusi önəm daşıdığını söyləyib, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyətindən danışıb, parlamentlər arasında təmasların intensivliyinin vacibliyini, qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Vitse-spiker qonaqlara bölgədəki vəziyyət, Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar barədə məlumat verib, ölkəmizin regionda ümumən dünyada davamlı sülhün sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Riina Solman göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ölkələrimiz arasında siyasi, iqtisadi humanitar sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Qonaq Estoniya parlamentinin Azərbaycan parlamenti ilə münasibətlərin dərinləşməsində əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, parlamentlərarası əlaqələrin inkişafının hər iki tərəf üçün çox faydalı olacağına əminliyini bildirib. Söhbət zamanı tərəflər ölkələrimiz parlamentlərimiz arasında əlaqələrin gələcək inkişaf istiqamətləri, regional təhlükəsizlik onları maraqlandıran digər məsələlər ətrafında fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Afət Həsənova, qrupun üzvləri Anatoliy Rafailov, Azər Kərimli, Estoniya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Maria Jufereva-Skuratovski, dostluq qrupunun katibi Susanna Veevo digər rəsmi şəxslər iştirak ediblər.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2025.-14 mart (№56).- S.9.