Estoniyalı
parlamentarilər Ulu Öndərin məzarını
və Zəfər parkını ziyarət edibllər
Ölkəmizdə səfərdə
olan Estoniya Respublikası Parlamentinin Estoniya-Azərbaycan parlamentlərarası
işçi qrupunun sədri Riina Solman və qrupun üzvü Maria Jufereva-Skuratovski martın 13-də Fəxri
xiyabana gələrək
xalqımızın Ümummilli
Lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı
önünə gül
dəstələri düzüblər.
Sonra nümayəndə
heyəti Bakıda Zəfər parkını
ziyarət edərək
abidə önünə
gül dəstələri
düzüb, qonağlara
Azərbaycan xalqının
Vətən müharibəsində
göstərdiyi misilsiz
qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi
Zəfərin yaddaşlarda
yaşadılması, şəhidlərimizin
əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış
Zəfər parkı barədə ətraflı
məlumat verildi.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova və digər rəsmi şəxslər müşayiət ediblər.
Azərbaycan.-2025.-14 mart (№56).- S.9.