Bakı
və Tehran Xəzər regionunun nəqliyyat-iqtisadi inteqrasiyasında
əsas yer tutur
İranlı politoloq,
beynəlxalq münasibətlər
üzrə ekspert Əmir Məhəmmədi
Çahaki ilə
AZƏRTAC-ın müsahibəsini
təqdim edirik.
- Cənab Çahaki,
III Xəzər İqtisadi
Forumu Xəzəryanı
dövlətlər üçün
nə dərəcədə
əhəmiyyətlidir?
- Fevralın 17-18-də Tehranda keçirilən
III Xəzər İqtisadi
Forumu İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün mühüm
hadisə oldu. Bu forum əvvəlki
görüşlərin ənənəsini
davam etdirdi: 12 avqust 2019-cu ildə Türkmənbaşıda baş
tutan birinci forum iqtisadi-ticarət əməkdaşlıq və
enerji məsələlərinə
həsr olunmuşdu, 5
oktyabr 2022-ci ildə Moskvada keçirilən ikinci forum isə
nəqliyyat dəhlizlərinin
inkişafı, ekoloji
problemlər və investisiya layihələri mövzusuna fokuslanmışdı.
Tehranda keçirilən
forum mövqelərin əlaqələndirilməsi, 2018-ci il Xəzər dənizinin hüquqi statusu Konvensiyası da daxil olmaqla,
əvvəlki razılaşmaların
icrasının müzakirəsi
və "Şimal-Cənub"
beynəlxalq nəqliyyat
dəhlizi kimi strateji təşəbbüslərin
irəlilədilməsi üçün
platforma rolunu oynadı.
- Xəzəryanı ölkələrin liderlərinin
görüşündə regional dialoqun gücləndirilməsi çərçivəsində
hansı əsas məsələlər müzakirə
olunub?
- Görüşün ən mühüm mövzuları iqtisadi-ticarət
əməkdaşlığın genişləndirilməsi və
infrastruktur layihələrinin
inkişafı olub. Məsələn, Azərbaycan
2024-cü ildə Xəzəryanı
dövlətlərlə ticarət
dövriyyəsinin 6 faiz
artacağını bildirərək,
gələcək iqtisadi
artım üçün
əhəmiyyətli potensialı
vurğulayır. Nəqliyyat
marşrutlarının inkişafına,
xüsusilə Rusiya,
İran və Hindistanı
birləşdirən “Şimal-Cənub”
beynəlxalq dəhlizi
layihəsinə xüsusi
diqqət yetirilib. Türkmənistan Xəzər
dənizinin şərq
sahillərində regionun
tranzit imkanlarını
artıracaq logistika mərkəzlərinin yaradılmasını
təklif edib. Digər mühüm mövzu isə Xəzər dənizində
suyun səviyyəsinin
aşağı düşməsi
olub ki, bu da birgə
elmi tədqiqatların
aparılmasını və
ekoloji fəlakətin
qarşısının alınması
üçün tədbirlərin
işlənib hazırlanmasını
tələb edir. Bununla bağlı 2025-ci ilin yayında Dağıstanda Xəzər
Ekoloji Forumunun təşkili barədə
qərar qəbul edilib. Azərbaycan və Qazaxıstan baş nazirləri, İranın birinci vitse-prezidentinin iştirakı
ölkələrin regional
dialoqu gücləndirmək
və regionun davamlı inkişafı üçün həll yollarını birgə axtarmaq istəyini nümayiş etdirdi.
- Yaxın illərdə
Xəzər əməkdaşlığının
perspektivlərini necə
görürsünüz?
- Tehranda keçirilən
forum mürəkkəb
beynəlxalq şəraitdə
baş tutdu ki, bu da
onu xüsusilə əhəmiyyətli bir hadisəyə çevirir.
Beş əsas Xəzəryanı ölkənin
iştirakı və onların iqtisadi, ekoloji və mədəni əməkdaşlığı
tərəfdaşlıq ruhunda
inkişaf etdirmək istəyi regionun xarici müdaxiləni istisna edərək müstəqil yol tutmaq niyyətini göstərir. Xəzər
dənizi zəngin təbii ehtiyatlara və strateji cəhətdən vacib yerləşməyə malikdir.
Forumun nəticələri
göstərdi ki, region ölkələri onun gələcəyini müstəqil şəkildə
müəyyənləşdirməyə və qarşılıqlı
əməkdaşlığı gücləndirməyə hazırdırlar.
Yaxın illərdə
iqtisadi əlaqələrin
dərinləşməsi, genişmiqyaslı
infrastruktur layihələrinin
həyata keçirilməsi
və ekoloji problemlərin həlli Xəzər regionunu təkcə iqtisadi artım mərkəzinə
çevirməyəcək, həm də Avrasiyada sabitliyin vacib amili edəcək.
- İran Xəzər regionunda iqtisadi əməkdaşlığın inkişafında hansı rolu oynayır?
- İran Xəzər regionunda iqtisadi əməkdaşlıqda mərkəzi
yer tutur, çünki onun strateji mövqeyi Xəzər dənizini Körfəzi ilə birləşdirir. Bu, ölkəni regiondaxili və regiondan kənar iqtisadi-ticarət əlaqələrin genişlənməsinə
töhfə verən mühüm tranzit mərkəzinə çevirir.
Tehran Xəzər hövzəsinin qlobal iqtisadiyyata inteqrasiyasını
fəal şəkildə
təşviq edir, nəqliyyat infrastrukturuna –
dəmiryollarına, limanlara
və logistika mərkəzlərinə investisiya
yatırır. İranın
strateji Bəndər-Abbas
və Çabahar limanlarına nəzarəti
Mərkəzi Asiya, Qafqaz və Cənubi Asiyanı birləşdirməyə imkan
verir ki, bu da regional
əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır. Bundan əlavə, İran
enerji sektorunda da mühüm rol oynayır, neft və qazın
nəqli üçün
öz resurslarını
və tranzit marşrutlarını təqdim
edir. Qlobal dəyişikliklər fonunda
onun regionda etibarlı tərəfdaş
kimi əhəmiyyəti
artır və bu da bütövlükdə
Xəzər regionunun iqtisadi inkişafına və sabitliyinə töhfə verir.
- Xəzər dənizi
ilə Körfəz arasında nəqliyyat dəhlizinin həyata keçirilməsi nə yerdədir?
- Xəzər dənizi
ilə Körfəz arasında nəqliyyat dəhlizinin həyata keçirilməsi regionun əsas infrastruktur layihələrindən biridir.
Bu marşrutun ideyası hələ sovet dövründən müzakirə olunsa da, son illərdə
İran və Rusiyanın
birgə səyləri
sayəsində yeni təkan qazanıb. Layihə mərhələli
şəkildə həyata
keçirilir və əsas diqqət dəmiryol şəbəkəsinin
inkişafına və
liman infrastrukturunun modernləşdirilməsinə yönəldilib. Ən vacib mərhələlərdən
biri Rəşt – Astara dəmiryol hissəsinin tikintisi olub ki, onun
tamamlanması ilə bağlı razılaşma
Rusiya və İran tərəfindən 2025-ci ilin
fevralında imzalanıb.
Bu magistral İranın Xəzər dənizindəki şimal limanlarını Körfəzdəki
cənub limanları ilə birləşdirəcək
və yüklərin daşınması üçün
rahat marşrut təmin edəcək. Artıq Qəzvin–Rəşt dəmir yolu istismara verilib, eləcə də Rəşt – Xəzər arasındakı
37 kilometrlik hissə tamamlanıb ki, bu da regionun
nəqliyyat sistemlərinin
inteqrasiyası üçün
mühüm addımdır.
Gözlənilir ki, dəhlizin işə salınması Hindistandan Avropaya Rusiya vasitəsilə yük daşınma müddətini
iki dəfə azaldacaq və bu da onu
iqtisadi cəhətdən
son dərəcə cəlbedici edəcək.
- “Şimal-Cənub” və “Şərq-Qərb”
beynəlxalq nəqliyyat
dəhlizlərinin inkişafı
region iqtisadiyyatı üçün nə dərəcədə əhəmiyyətlidir?
- “Şimal-Cənub” və “Şərq-Qərb”
beynəlxalq nəqliyyat
dəhlizlərinin inkişafı
Xəzər regionunun və ona bitişik
ərazilərin iqtisadi
artımında mühüm
rol oynayır. Bu marşrutlar təkcə qitələrarası
əlaqələri gücləndirmir,
həm də ticarət dövriyyəsinin
artmasına, investisiyaların
cəlb olunmasına və sənaye əməkdaşlığının inkişafına kömək
edir. 7200 km uzunluğa malik “Şimal-Cənub” dəhlizi
Hind okeanı və Körfəzi Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirir. Onun inkişafı
İran, Rusiya və Azərbaycan kimi region ölkələrinə
Hindistan və Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün
öz tranzit potensiallarından istifadə
etməyə imkan verir. Bu marşrut
yüklərlə dolu
olan dəniz yollarını, məsələn,
Süveyş kanalını
keçmədən daha
qısa və səmərəli bir alternativ təqdim edir. Mütəxəssislərin
hesablamalarına görə,
bu dəhlizin tam fəaliyyəti 2030-cu ilə qədər ticarət dövriyyəsini
üçqat artıra
bilər və region ölkələrinə
tranzitdən milyardlarla
dollar gəlir qazandırar.
“Şərq-Qərb” dəhlizi isə, o cümlədən Transxəzər
marşrutu, Çini Mərkəzi Asiya və Qafqaz vasitəsilə Avropa ilə birləşdirir.
O, “Şimal-Cənub” dəhlizini
tamamlayaraq, regionun vahid nəqliyyat arteriyalar şəbəkəsinə
çevrilməsinə şərait
yaradır. Xəzəryanı
dövlətlər üçün
bu, xammal, kənd təsərrüfatı
məhsulları və
sənaye mallarının
ixracı üçün
yeni imkanlar, eləcə də qlobal bazarlara çıxışın genişlənməsi
deməkdir. Nəqliyyat
infrastrukturuna yatırılan
investisiyalar regionun rəqabət qabiliyyətini
artırmaqla yanaşı,
onun beynəlxalq logistika mərkəzi kimi mövqeyini də gücləndirir.
- İran və Azərbaycan
Xəzər regionunun nəqliyyat və iqtisadi inteqrasiyasında hansı rolu oynayır?
- Hər iki ölkə Xəzər regionunun nəqliyyat və iqtisadi inteqrasiyasında əsas mövqeyə malikdir, strateji ticarət əməkdaşlığı və tranzit logistika mərkəzləri
kimi çıxış
edirlər. İnfrastruktur
layihələrini, o cümlədən
“Şimal-Cənub” və
“Şərq-Qərb” kimi
beynəlxalq marşrutlarda
iştirak edən Tehran regional və qlobal iqtisadi əlaqələrin
möhkəmlənməsinə sadiqliyini təsdiqləyir.
Bu təşəbbüslərin
inkişafı təkcə
ticarət və investisiyalar üçün
yeni imkanlar açmır, həm də Xəzər regionunu qlobal ticarətin mühüm halqasına çevirərək
geosiyasi sabitliyə töhfə verir.
Azərbaycan.-2025.-14
mart (¹56).- S.10.