Rəsmi Parisin xarici siyasəti tam iflasa uğrayıb

 

Fransanın ölkəmizə qarşı hibrid müharibəsinin heç bir nəticəsi olmayacaq

 

"İstər tarixi Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə postmüharibə dönəmində Fransanın anti-Azərbaycan mövqeyində dayanması artıq adi hala çevrilib. Fransa Ermənistanı açıq şəkildə dəstəkləməklə, bu ölkənin rəsmiləri bir-birinin ardınca məsuliyyətsiz bəyanatlar, sərsəm fikirlər səsləndirməklə, ən yumşaq halda desək, dünyada özünü nüfuzdan salmaqla məşğuldurlar".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. O bildirib ki, Makron hakimiyyətinin həyata keçirdiyi riyakar, yarıtmaz siyasət bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vurub vurmaqda davam edir. Rəsmi Parisin həyata keçirdiyi xarici siyasət tam şəkildə iflasa uğrayıb. "Dünya siyasətində baş verən hadisələr bunun təsdiqidir. Makronun həyata keçirdiyi uğursuz siyasət nəticəsində Fransaya bu gün heç bir beynəlxalq platformada hörmət edilmir, sözü eşidilmir. Fransa rəsmiləri bu uğursuzluqlardan nəticə çıxarmaq əvəzinə sərsəm bəyanatlarla ölkəmizə qarşı əsassız iddialar səsləndirirlər. Əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş Fransa keçmişindən utanmaq əvəzinə Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanı heçə endirməyə çalışır", - deyə siyasətçi əlavə edib.

Deputat qeyd edib ki, Ermənistanı silahlandırmaqla bölgədə yeni eskalasiya törətməyə, yaranmış reallığı dəyişməyə çalışan uğursuz Makron hakimiyyəti bu arzusuna çatmayacaq: "Fransadan fərqli olaraq, öz xarici siyasətində bütün addımlarında beynəlxalq hüququn əsas norma prinsiplərini rəhbər tutan Azərbaycanı əsassız yerə günahlandıran Paris müstəmləkəçilik keçmişini davam etdirmək naminə müxtəlif ölkə xalqlara qarşı atdığı qeyri-demokratik addımlarla özünü rüsvay edir. Fransanın riyakar iddialar səsləndirməklə ölkəmizə qarşı apardığı hibrid müharibənin, əsassız qarayaxma kampaniyasının heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycana qarşı aparılan kampaniya, çirkin təbliğat iradəmizə təsir edə,  ölkəmizi düz yolundan döndərə bilməz. Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir".

V.Rəhimzadə bildirib ki, dünyada böyük nüfuza, güclü iqtisadiyyata orduya sahib olan dövlətimiz heç kimdən qorxmur bunu həm döyüş meydanında, həm siyasi müstəvidə sübut edib. Sərsəm açıqlamalar verən Fransa rəsmiləri bunu qədər tez anlasalar, onlar üçün o qədər yaxşı olar.

 

Ə.QABİLQIZI,

Azərbaycan.-2025.-14 mart (№56).- S.11.