separatizmi terrorçuları açıq şəkildə dəstəkləyir

 

Özü bunu insan haqları adı altında edir

 

"Hindistana səfəri çərçivəsində Ermənistanın xarici işlər nazirinin Azərbaycanın ünvanına ittihamlar səsləndirməsi, Bakını regionda sülh sabitlik qarşısında əsas əngəl kimi təqdim etməyə çalışması qəbuledilməzdir birmənalı şəkildə İrəvanın regionda dayanıqlı sülhün formalaşmasında maraqlı olmadığını göstərir. Xüsusən antiterror tədbirlərindən sonra yaxalanaraq Azərbaycanın ədalət mühakiməsinə təhvil verilən, əməlləri öz etirafları digər təkzibedilməz çoxsaylı sübutlarla təsdiq edilən separatçıların "liderləri"ni qanunsuz həbsdə saxlanılan etnik ermənilər qismində təqdim etməyə çalışması təsdiqləyir ki, Paşinyan iqtidarı, əslində, mahiyyətcə Serj Sarkisyan Robert Koçaryan hakimiyyətindən heç ilə fərqlənmir Ermənistanda hakimiyyətin rusiyayönümlü klandan Soros marionetlərinə ötürülməsi bu ölkənin təcavüzkar niyyətdə ehtiva olunan dövlət siyasətində hər hansı köklü dəyişikliyə səbəb olmayıb".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Paşinyanın, Mirzoyanın parlament sədrinin zaman-zaman verdiyi bəyanatlar göstərir ki, hərbi siyasi müstəvidə aşkar ağır məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanla düşməncəsinə mübarizəsini tamamilə başqa müstəviyə daşımaq fikrindədir. Sirr deyil ki, Azərbaycanın Vətən müharibəsində böyük Zəfərinin ardınca cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı İrəvan arasında sülh prosesinə start verilib, Brüssel, Moskva Vaşinqton platformaları çərçivəsində Azərbaycan mümkün qədər tez sülhə dayanıqlı sabitliyə nail olmaq üçün çoxsaylı cəhdlər göstərib. "Lakin bütün platformalar üzrə danışıqlarda Ermənistanın qeyri-praqmatik mövqe nümayiş etdirməsi, ənənəvi "böyük Ermənistan" mifindən əl çəkmək istəməməsi, habelə erməni cəmiyyətində revanşizm niyyətlərinin daha da dərinləşməsi fonunda münasibətlərin normallaşması istiqamətində göstərilən səylər bir qayda olaraq daşa dirənib. Habelə Makron diktaturasının timsalında Fransanın, o cümlədən korrupsiya yuvasına çevrilmiş avrostrukturların aşkar təşviqi Ermənistanı pozuculuq fəaliyyətində daha da ümidləndirib, İrəvan işğal dövrünün status-kvosunu təkrar bərqərar edə biləcəyinə inanmağa başlayıb. Eyni zamanda antiterror tədbirlərinə qədərki dövrdə Qarabağda Ermənistan orudusunun hissələrinin, həmçinin separatçıların qeyri-qanuni birləşmələrinin mövcudluğu, ayrı-ayrı dövlətlərin separatizmə açıq formada dəstəyini göstərməsi Ermənistan üçün əlavə effektiv rıçaq kimi görünürdü Paşinyan hökuməti əlavə vaxt qazanmaqla həm ölkəsinin güclənməsinə, həm separatizmin beynəlxalq səviyyədə leqallaşdırılmasına ümid edirdi. Cənab İlham Əliyevin qətiyyətli mövqeyi müzəffər sərkərdəlik məharəti ilə antiterror tədbirlərində separatizmə son qoyulması Ermənistanı bu rıçaqdan məhrum etməklə bərabər, İrəvanın bölgədə Bakı tərəfindən yaradılmış geosiyasi konfiqurasiya ilə barışması zərurətini bir daha aşkar formada üzə çıxardı. Ermənistan 2023-cü ilin sentyabr ayından sonra fərqinə varmağa başladı ki, Cənubi Qafqazda söz sahibi Azərbaycandır cənab İlham Əliyevin dediyi kimi, "bu regionun siyasi gündəmini məhz Azərbaycan müəyyən edir". Nəticə etibarilə cənab İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində ifadə etdiyi kimi, Azərbaycanın diktəsi, yəni monoloq yolu ilə Ermənistan bəzi iddialarından əl çəkərək sərhədlərin delimitasiya demarkasiyası, o cümlədən sülh prosesi istiqamətində metodologiyanın ümumilikdə müəyyənləşməsi istiqamətində müəyyən qədər irticaçı mövqeyindən geri çəkilməli oldu", - deyə o əlavə edib.

Deputat xatırladıb ki,  ötən ilin birinci rübündə Azərbaycan Ermənistan arasında dayanıqlı sülhün imzalanması üçün tarixin heç bir dövründə olmadığı qədər real situasiya formalaşıb. Lakin proseslər bir daha təsdiq etdi ki, Qərb, xüsusən Fransa, Avropa İttifaqının aidiyyəti strukturları, o cümlədən Avropa Parlamenti, Soros imperiyası Cənubi Qafqaz regionunda dünyanın digər coğrafiyalarında olduğu kimi, sülh sabitliyə öz maraqlarına təhdid kimi baxır. Beləliklə, Qərbin davamlı təşviqi ilə Ermənistan yenidən sülh prosesindən kənarlaşmalara start verdi. Vətən müharibəsindən antiterror tədbirlərinə qədərki dövrdə Qarabağın erməni əhalisinin "hüquq"larını daha çox qabardan Qərb təbliğat maşını bu dəfə Azərbaycanın antiterror tədbirlərində ələ keçirdiyi terrorçuların azadlığını qlobal medianın trendinə çevirməyə çalışdı bu prosesdə Ermənistan, xüsusən bu ölkənin diplomatik xidməti fəallıq göstərməyə Azərbaycan əleyhinə iki ölkə arasında sülh mümkün əməkdaşlıq mühitinə əhəmiyyətli zərər vuran fəaliyyətə ortaqlıq etməyə başladı. Özünü beynəlxalq ictimaiyyət adlandıran adıçəkilən dairələr isə bu prosesdə yenidən ənənəvi üsullara - demokratiya insan haqları amillərinə söykənmək adı ilə 30 ildən artıq bir müddətə əli azərbaycanlıların qanına batmış çoxsaylı cinayətlər, sülh insanlıq əleyhinə müharibə cinayətləri törətmiş separatçı "lider"ləri qəhrəmana çevirərək Azərbaycan əleyhinə guya onların azadlığı naminə növbəti xaç yürüşünü təşkil etməyə  cəhd göstərməkdədirlər.

B.Məhərrəmov vurğulayıb ki, baş verənlər istər beynəlxalq münasibətlər, istərsə beynəlxalq hüququn ümumtanınmış normalarında öz əksini tapan prinsiplər, o cümlədən insan haqlarının müdafiəsində ehtiva olunan ümumbəşəri dəyərlər adına utancverici mənzərə ortaya çıxarır: "Beləliklə, bir daha şahidlik etməkdəyik ki, insan haqlarının beynəlxalq müdafiəsi mexanizmləri faktiki olaraq ikili standartlar üzərində qurulub. Bir daha şahidlik etməkdəyik ki, hamının qanun məhkəmə qarşısında bərabərliyindən dəm vuranlar konkret əməlinə görə barəsində cinayət təqibi başlanmış ayrı-ayrı şəxslərin ətrafında istintaqı şouya çevirmək cəhdlərindən əl çəkmirlər. Yaxud heç bir dəlil, sübut olmadan terrorçu elan etdiyi şəxsləri toplumları sərhədlərindən min kilometrlərlə kənarda yerlə yeksan edənlər Azərbaycandan terrorçuların azadlığını tələb edirlər. Xocalı soyqırımına, məruz qaldığımız etnik təmizləməyə, 1 milyondan artıq insanın məhrumiyyətlərinə, təməl haqlardan məhrum olduğu situasiyaya göz yuman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı əməlləri təkzibedilməz sübutlarla təsdiq olunmuş terrorçuların, separatçıların adını qlobal mediaya "qanunsuz saxlanılmış etnik ermənilər" şəklində təqdim edərək cinayətlərə ortaq olur. Azərbaycanda insanların hüquqları barədə "narahatlıq" yaşayan ölkələr yaxşı olar ki, öz gözlərində tiri görsünlər. İnsanların yaşadığı bölgələrdə nüvə sınağı keçirən, dənizaşırı ərazilərdə xalqlara minimum haqlar tanımayan Fransa kimi subyektlər, Avropa İttifaqının korrupsiya yuvası olan təsisatları bizə insan adına, bəşəri dəyər adına nəyisə öyrədə, diktə edə bilməz".

Siyasətçi bildirib ki, insan hüquqlarının təməl prinsiplərindən biri, Konstitusiyada da əksini tapdığı kimi, hüquqlar azadlıqlar hər kəsin cəmiyyət başqa şəxslər qarşısında məsuliyyətini vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir, amma bu gün ölkə daxilində haqdan, hüquqdan danışıb imperializmə kuklalıq edənlər birmənalı şəkildə bu prinsipi inkar edən davranış xətti tutublar. Bu çərçivədə Azərbaycan məhkəmə hakimiyyəti üzərində köklü basqı formalaşdırmaq cəhdləri səngimir, polisdən düşmən obrazı formalaşdırmaq üçün planlı təbliğat qurulur. Təbii ki, Azərbaycan xalqı müdrikdir bu kimi təxribatçı cəhdləri rədd edir. O cümlədən Azərbaycan dövləti daxili stabilliyi, hüquq məkanını sarsıtmağa, 1990-cı illərin hüquqsuzluq dövrünün bərpa olunmasına imkan verməyəcək qədər qüdrətlidirlər. Görünən odur ki, Qərb imperialist dairələri bu reallığın fərqindədirlər insan haqları demokratiya pərdəsi altında bölgəyə hər hansı müdaxilənin mümkün ola bilməyəcəyini anlayaraq yenidən əsas gücü Ermənistanın revanşist dairələrin təşviqinə yönəldiblər. Ermənistanın silahlandırılması, bu ya digər formada hərbi-siyasi dəstək verilməsi ilə Ermənistan hakimiyyətinin Azərbaycan əleyhinə bəyanatlarını son vaxtlar intensivləşdirməsi yalnız bu istiqamətdə şərh oluna bilər. Ermənistan tərəfi yaxşı anlayır ki, istər Hindistan, istər Fransa, istərsə əhatə dairəsi daralmaqda olan digər havadarlarının cəhdləri Cənubi Qafqaz coğrafiyasında Azərbaycanın iradəsi qarşısında heç bir təsir gücünə malik deyil bu mənada təxribatçı nazirin Azərbaycanı ittiham etməsi, o cümlədən Qərb dairələri tərəfindən separatçıların müdafiəsinə hesablanmış tezisləri dilə gətirməkdən başqa çarəsi qalmır. "Təbii ki, bu prosesdə Ermənistanın alət kimi istifadə olunması açıq şəkildə görünməkdədir, lakin hazırkı situasiyada ən çox ifşa olunan ikili standartları ilə siyasi rüsvayçılığa məruz qalan ayrı-ayrı Qərb ölkələri oldu. Görünən odur ki, Fransa hakimiyyəti, o cümlədən Avropa İttifaqının ayrı-ayrı strukturları açıq şəkildə separatizmi, terroru insan haqları adı altında müdafiə etməkdən çəkinmir terrorçuların azadlığa çıxmasını "tələb" etməklə öz siyasətlərinin mahiyyətinin terrordan ibarət olduğunu göstərmiş olurlar", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Ermənistan daxilində müşahidə olunan siyasi proseslər birmənalı şəkildə bu ölkənin yeni müharibəyə hazırlaşması barədə ehtimallar irəli sürmək üçün əsas verir. Xüsusən separatçıların məhkəməsi fonunda Qərb imperializminin Azərbaycan əleyhinə yeni kampaniyaya start verməsi, Ermənistanın aidiyyəti strukturlarının, ələlxüsus xarici işlər nazirinin qeyri-adekvat bəyanatları  göstərir ki, proses Qərbdən idarə olunan vahid konsepsiya əsasında aparılır. Eyni zamanda Avropa İttifaqının "müşahidə missiyası"nın öz "monitorinq"lərini intensivləşdirməsi, bir neçə gün əvvəl şərti sərhədlərdə yenidən atəş səsi eşidilməsi, o cümlədən Ermənistan tərəfinin təmas boyu istehkamlar formalaşdırması İrəvanın işğal təcavüzdə ehtiva olunan Vətən müharibəsinə qədərki status-kvonu bərpa etmək arzusunda olduğunu, Qərbin isə bu prosesdə İrəvanı təşviq etdiyini demək üçün əsaslar verir. Təbii ki, bölgədə müharibə başa çatıb, Azərbaycan yeni münaqişənin alovlanmasını arzulamır, Vətən müharibəsindən antiterror tədbirlərindən qalib tərəf kimi ayrılmasına baxmayaraq, sülh təşəbbüslərini birmənalı şəkildə dəstəkləyir regionda dayanıqlı sabit əməkdaşlıq mühitinin formalaşmasını istəyir. Lakin dövlət başçısının da ifadə etdiyi kimi, "əgər ölkəmizə münasibətdə hər hansı formada təhdid yaranarsa, bu təhdidin harda yerləşməsindən asılı olmayaraq, Azərbaycan istənilən yolla öz təhlükəsizliyini təmin edəcək bu təhdidləri aradan qaldıracaq". Ermənistan isə anlamalıdır ki, Azərbaycan əleyhinə istənilən hərbi gediş bu ölkənin dövlətçiliyinin sonu ola bilər.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2025.-14 mart (№56).- S.11.