Moskva Paşinyanın səmimiliyinə inanmır

 

Ermənistan ərazisindəki rus hərbi bazalarını çıxarmaq baş nazir Nikol Paşinyanın qarşısında duran prioritetdir mütəmadi olaraq nəyin bahasına olursa-olsun, bu tələbi reallaşdırmağa çalışdığını açıqlayıb. Şübhəsiz, bu istiqamətdə növbəti addım Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında  (KTMT) iştirakını dondurmaq qərarı idi.

Belə qənaətə gəlmək olar ki, Paşinyan təşkilatı tərk etmək barədə Qərbin qoyduğu tələbi artıq reallaşdırıb. Bundan öncəki açıqlamalarında Ermənistan baş naziri bir çox problemin yaranmasında Rusiyanı günahkar hesab edərək deyib ki, Moskvanın hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır.

Bu gün isə tam fərqli ssenarinin şahidi olmaqdayıq. Belə ki, Ermənistanın "Hraparak" nəşri yazıb ki, Paşinyan bu gün mövqeləri güclənən Rusiyaya növbəti dəfə reveranslar etmək qərarına gəlib. Qeyd edib ki, bu, referendum layihəsinin 2 ay müddətinə təxirə salınmasına Rusiya ilə yaxınlaşma istiqamətində addımların atılmasına, xüsusən idarələrarası münasibətlərin bərpasına dair göstərişin verilməsinə səbəb olub: "Ancaq Rusiyada Paşinyanın səmimiyyətinə inanmırlar xəbərlərə görə, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun səfərinin təxirə salınması Paşinyanın hərəkətlərinin səmimiliyini yoxlamaq, Ermənistanın hakimiyyəti ilə əməkdaşlığı necə davam etdirmək lazım olduğunu anlamaq istəmələri ilə bağlıdır. Matviyenko ilkin razılaşmaya görə, fevralın sonunda gəlməli idi, ancaq iyunun 5-6-da gələcəyi deyilib. Rusiyada mayın 9-da Qızıl Meydanda keçiriləcək tədbirlərdə Paşinyanın iştirak edib-etməyəcəyini gözləyirlər. Hökumət mənbələrində onun iştirak edəcəyinə şübhə yoxdur, o, 2023-cü ildə iştirak edib, 2024-cü il mayın 8-də isə Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edib geri qayıdıb".

Əlavə edilib ki, Matviyenkonun gəlişindən əvvəl Alen Simonyan aprelin 17-18-də MDB Assambleyasının qələbənin 80 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün Rusiyaya yola düşəcək. Dövlət Dumasının sədri Volodinin Ermənistana gətirilməsi ilə bağlı da danışıqların getdiyi barədə məlumatlar var. May ayına kimi Qafanda Rusiya konsulluğu da açılacaq.

"Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, məsələlər həllini tapmasa, de-yure bunu edəcəyik" deyən baş nazir konkret olaraq Moskvanı təxribata çəkməyə çalışır müəyyən jestlərlə Kremli qıcıqlandırmağa cəhd edirdi.  Deməli, rəsmi İrəvan çox açıq tezislərlə Rusiya ilə əməkdaşlığı mənasız sayır ya bu birgə fəaliyyətdən birmənalı formada imtina edirdi. Bütün bunlar Avropa İttifaqının Qərb institutlarının hazırladığı plana uyğun şəkildə həyata keçirilirdi. Buna görə Paşinyan maksimum şəkildə diplomatik qaydada Moskva ilə münasibətlərinə son qoymaq üçün ölkəsinin təhlükəsizlik məsələlərinə diqqət çəkirdi.

"4rd.am" nəşri yazıb ki, Paşinyan onun komandası siyasi cəhətdən Qərb kosmopolitizmi ilə rusofobiya ideologiyası əsasında formalaşıb öz elektoratına da bunu aşılaya bilib: "Sələflərinə qarşı nifrətlə Rusiyanı lənətləməklə siyasi intihara doğru getdiklərini belə anlamırlar. Siyasət sevgi nifrətlə deyil, soyuq başla idarə olunur. Ən azı böyük geosiyasi alova odun olmamaq üçün Gürcüstan Ukrayna nümunələri bizə dərs olmalıdır. Qərb ya başqası bizdən ötrü döyüşmək üçün öz qoşunlarını gətirəcəkmi? Gürcüstan Ukraynanın nümunələri göstərdi ki, Qərb öz oyununu ustalıqla oynayır nəticə acınacaqlı olur".

Beləliklə, Ermənistanda hazırda baş verənlər bu ölkəni daha sürətlə hərtərəfli iflasa doğru aparır. Çünki İrəvan xarici himayədarlarsız yaşaya bilmək iqtidarında olan ölkə deyil.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2025.-14 mart (№56).- S.12.