Aqroparklar ümidləri doğruldur

 

Ötən il bu təsərrüfatlarda 34,1 min ton buğda, 25,5 min ton arpa istehsal edilib

 

Müasir dünyada ölkələrin əsas inkişaf göstəricisi iqtisadiyyatın sənayeləşməsi ilə ölçülür. Sənayesi inkişaf edən ölkələr bu imkandan istifadə edərək bol keyfiyyətli məhsul istehsalına nail olurlar. Məsələn, ərazisi təbii sərvətləri az olan Yaponiya, Almaniya, Böyük Britaniya geniş ərazisi zəngin təbii sərvətə malik bəzi ölkələrdən bir neçə dəfə çox məhsul istehsal edirlər. Bunun da başlıca səbəbi sənayenin inkişafı, elmin texnologiyaların son nailiyyətlərindən istehsal proseslərində istifadə edilməsidir.

Hazırda dünya iqtisadiyyatında yeni bir tendensiya da müşahidə olunur. Əvvəllər aqrar sektorda az istifadə olunan texnika texnologiyalar indi bu sahədə geniş tətbiq edilir. Başqa sözlə, kənd təsərrüfatı da müasir texnologiyalar hesabına sürətlə sənayeləşdirilir. Özgə yol da yoxdur. Dünyada ərzağa artan tələbat bunu qaçılmaz edir.

Bunun üçün isə təbii ki, meydan, yəni iri aqrar müəssisələr - aqroparklar lazımdır. Aqropark kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını digər xidmətləri əhatə etməklə bu zənciri özündə birləşdirən təsərrüfat subyektidir. Belə müəssisələrdə həmçinin ətraf mühitin qorunması, torpaq su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin digər sektorların inkişafı üçün möhkəm əsaslar yaradılır. Bununla yanaşı, ərzaq məhsullarının istehsalı ilə bağlı əsas fəaliyyətləri - enerji, su tullantıların idarə edilməsi, logistika, nəqliyyat, ərazinin planlaşdırılması digər proseslərin həyata keçirilməsini təmin edən aqroparklar habelə davamlı inkişaf prinsiplərinə əsaslanaraq istehsal, emal, tədarük, tədqiqat inkişaf, ticarət sosial funksiyaları özündə birləşdirən bir mərkəz kimi xarakterizə olunur.

Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar sənaye sahəsinin inkişafını təmin etməkdir. Bu məqsədlə aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların inkişafı əsas istiqamətlərdəndir. Prezident İlham Əliyev kənd təsərrüfatında aqroparkların yaradılmasının zəruriliyini vurğulayaraq demişdir: "Hesab edirəm ki, aqroparkların yaradılması üçün şərait artıq yetişib. Bu məsələlərlə bağlı başqa ölkələrin təcrübəsi öyrənilə bilər, harada ki bu aqroparklar mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaqdır".

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb. İndiyəcən 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb. Ümumilikdə isə ölkə üzrə 32 rayonda 239312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması nəzərdə tutulub.

Hazırda 23 aqropark artıq fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i çeşidləmə, qablaşdırma logistika üzrə ixtisaslaşıb. Ümumilikdə aqroparkların layihə dəyəri 1,1 milyard manat təşkil edir. Həmin vəsaitin faktiki olaraq 900 milyon manatı özəl investisiya şəklində sahibkarlar tərəfindən layihələrin reallaşdırılmasına qoyulub. Bununla yanaşı, indiyədək aqroparkların yaradılması ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Yeri gəlmişkən, qeyd edək ki, indiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqroparka texnika, texnoloji avadanlıqlar qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt edilib. Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi yerinin yaradılması nəzərdə tutulur.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyir ki, ötən il əkin dövriyyəsinə cəlb olunmuş 42,5 min hektar torpaq sahəsinin 35,7 min hektarı suvarılan ərazilərdir. Onun da 26 min hektarında (73 faizi) mütərəqqi suvarma sistemləri qurulub: "2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb 606 min ting əkilib. Aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib. Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd 1,3 min ton ət istehsal olunub".

 

Rüstəm KAMAL,

Azərbaycan.-2025.-14 mart (№56).- S.13.