Qərbi
Azərbaycan bizim tarixi torpağımızdır...
Gəncə Şəhər
İcra Hakimiyyətinin,
Qərbi Azərbaycan İcmasının və
YAP Gəncə şəhər
təşkilatının birgə
təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında
"Qərbi Azərbaycan
bizim tarixi torpağımızdır, bunu
bizim tariximiz təsdiqləyir" mövzusunda
konfrans keçirilib.
Tədbirdə Gəncə
Şəhər İcra
Hakimiyyətinin başçısı
Niyazi Bayramov, Türkiyənin Gəncədəki
Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki
Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər
təşkilatının sədri
Bayram Aslanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov, İdarə
Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatları Musa Quliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Qərbi Azərbaycan İcmasının
Gəncə şəhər
üzrə nümayəndəsi
Mübariz Yusifov, idarə, müəssisə,
təşkilat rəhbərləri
və ziyalılar iştirak ediblər.
Onılar öncə
Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi
meydanında ucaldılan
abidəsini ziyarət
etmiş, filarmoniyanın
foyesində Qərbi Azərbaycana həsr olunan dekorativ tətbiqi sənət nümunələri ilə tanış
olmuşlar.
Konfransı giriş
sözü ilə şəhər icra hakimiyyətinin başçısı
Niyazi Bayramov açaraq qədim Nizami yurdunda Qərbi Azərbaycanla bağlı belə tədbirin keçirilməsinin
önəmindən danışmış
və demişdir ki, bu gün
Prezident İlham Əliyevin Qərbi Azərbaycana Böyük qayıdış ideyasının
həyata keçirilməsi
istiqamətində mühüm
işlər görülür.
Bu baxımdan Qərbi Azərbaycan İcmasının fəaliyyəti
və qəbul edilən "Qərbi Azərbaycana Qayıdış
Konsepsiyası" böyük
əhəmiyyətə malikdir.
Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov
"Qərbi Azərbaycan
İcmasının məqsəd
və hədəfləri,
qayıdış uğrunda
mübarizə" mövzusunda
çıxış edərək
icmanın yaranma tarixi, görülən işlər və qarşıda duran məsələlər barədə
məlumat vermişdir.
Bildirmişdir ki, son 200 ildə ata-baba yurdlarından zorla çıxarılan qərbi azərbaycanlıların
geri qayıdışı
mütləq təmin
olunacaqdır.
"Qərbi Azərbaycan
həqiqətləri, Ulu
Öndər Heydər
Əliyev və Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış
uğrunda apardıqları
mübarizənin tarixi
əhəmiyyəti" mövzusunda
çıxış edən
Milli Məclisin deputatı Musa Quliyev isə Qərbi Azərbaycandakı
yurd yerlərimizdən,
doğma torpaqlara qayıdışın vacibliyindən
danışmışdır.
Milli Məclisin
deputatı Hikmət Babaoğlu "İndiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların
Qərbi Azərbaycana
qayıdışı regionda
qalıcı sülhün
təminatı kimi"
mövzusunda çıxış
edərək bildirmişdir
ki, soydaşlarımızın
geri qayıdışı
regionda sabitliyin yaranmasında mühüm
rol oynayacaqdır.
Tədbir YAP Gəncə
şəhər təşkilatının
sədri Bayram Aslanovun "Qərbi Azərbaycan toponimlərinin
dəyişdirilməsinin siyasi
və sosial təsirləri", professor
Mübariz Yusifovun
"Qərbi Azərbaycan
İcmasının Gəncə
şəhəri üzrə
nümayəndəsinin fəaliyyət
istiqamətləri barədə
hesabat xarakterli icmal", Gəncə şəhərində yaşayan
Qərbi Azərbaycan kökənli gənclər
adından çıxış
edən Sevinc İsgəndərovanın "Azərbaycanlıların
tarixi vətənlərinə
qayıdış hüquqlarının
bərpası və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində
gənclərin rolu"
mövzularında çıxışları
ilə davam etmişdir.
Konfransın sonunda
bir qrup Qərbi Azərbaycan kökənli şəxslərə
Qərbi Azərbaycan İcmasına üzvlük
vəsiqələri və
döş nişanları
təqdim olunmuşdur.
Sabir
ƏLİYEV,
Azərbaycan.-2025.-14 mart (№56).- S.14.