Şirvanda
şəhid polkovnik-leytenant
Rəşad Hüseynovun
doğum günü qeyd olunub
Şirvan Şəhər
İcra Hakimiyyətinin
başçısı İlqar
Abbasovun, Daxili Qoşunlar Komandanının
müavini general-mayor Fəxrəddin Səmədovun,
şəhər Polis Şöbəsinin rəisi
Seymur Əfəndiyevin,
Daxili Qoşunların
Şirvan şəhərindəki
hərbi hissəsinin komandiri Rəşadət Süleymanovun, Daxili İşlər Nazirliyi əməkdaşlarının, şəhid ailə üzvləri, müharibə
iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak
etdikləri tədbir şəhidin məzarını
ziyarətlə başlamışdır.
Çıxış edən ŞİH-in başçısı İlqar
Abbasov şəhid Rəşad Hüseynovun doğmalarına dərin hüznlə başsağlığı
verib, şəhidlərin
bizim qürur yerimiz, fəxrimiz olduğunu, xalqımızın
heç zaman Vətən naminə canını qurban vermiş şəhidləri
unutmayacağını, onları
əbədi xatirə
kimi qəlbində yaşadacağını qeyd
edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti
sayəsində "dəmir
yumruq" ətrafında
sıx birləşən
xalqımız Vətən
müharibəsində düşməni
diz çökdürüb,
30 illik vətən həsrətinə son qoyub: "44 günlük müharibədən sonra Ermənistanın kapitulyasiya
aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda
terror fəaliyyətlərini
davam etdirmələri
antiterror əməliyyatlarının
keçirilməsini qaçılmaz
edib. Bu əməliyyatla cəmi
23 saat ərzində terrorçular məhv edilib, Azərbaycanın ərazi bütövlüyü
və suverenliyi tam təmin olunub".
Daha sonra çıxış edən
general-mayor Fəxrəddin
Səmədov antiterror
tədbirlərindən, xalqımıza
Zəfər bəxş
edən Rəşad Hüseynov və digər döyüşkən
ruhlu şəhidlərimizdən,
müharibə iştirakçılarımızdan
söhbət açıb.
Şəhidin atası
Rəhim Hüseynov dövlət səviyyəsində
şəhid ailələrinə
və qazilərimizə
göstərilən diqqət
və qayğıya görə Prezident, Qalib Ali Baş
Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını
ifadə edib.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Hüseynov
Rəşad Rəhim oğlu 10 mart 1980-ci ildə Şirvanda anadan olub, şəhərdəki
21 saylı tam orta məktəbdə təhsil alıb. C.Naxçıvanski adına
hərbi liseyin və Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub, Daxili Qoşunlarda
xidmət edib. 19-20 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə
ucalan Rəşad Hüseynov ölümündən
sonra 3-cü dərəcəli
"Vətənə xidmətə
görə" ordeni,
"Vətən uğrunda"
medalı ilə təltif olunub.
Seyran
CAVADOV,
Azərbaycan.-2025.-14 mart (№56).- S.14.