Uzaqgörənliyi
ilə fərqlənən
lider
Heydər Əliyevin
iki dəfə respublikanın rəhbəri
olduğu 30 ildən artıq dövr Azərbaycanın çoxəsrlik
tarixində böyük
bir müddət deyil. Lakin bu
dövr dövlətçiliyimizin
və xalqımızın
mənlik şüurunun
formalaşmasında tarixi
bir mərhələ təşkil etmişdir.
Heydər Əliyev
hakimiyyətə birinci
gəlişi illərində
iqtisadiyyatın bütün
sahələrində köklü
dəyişikliklər apardı.
Kənd təsərrüfatı,
yüngül və yeyinti sənayeləri, digər sahələr sürətlə inkişaf
etdi, mühüm sosial dəyişikliklər
həyata keçirildi,
insanların güzəranı
yaxşılaşdı.
1969-1982-ci illər xalqın
həyatında dönüş
nöqtəsi, çiçəklənmə,
cəmiyyətdə yeni
dünya baxışının
yaranması, insanların
öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrildi.
İnsanlar naqislik kompleksi hissinə yaxın olan bir vəziyyətdən xilas oldu, özlərini
daha inamlı hiss etməyə başladı, dəyərlər
yüksəldi.
Heydər Əliyevin
hakimiyyətə ikinci
gəlişi isə Azərbaycanın müasir
tarixində ən faciəli dövrdə -
1993-cü ildə baş
vermişdi. Ölkədə
vəziyyət günbəgün
pisləşir, hakimiyyət
iflic vəziyyətə
düşürdü. Partiyalar,
ictimai-siyasi hərəkatlar,
nəhayət, bəzi
imkanlı adamlar silahlı qruplar və qanunsuz silahlı birləşmələr
yaradırdılar. Kriminal
düşüncəli adamlar
ağsaqqallıq etmək,
dövlət orqanlarında
rəhbər olmaq iddiasına düşür
və hətta buna nail olurdular.
Azərbaycan müharibəni
açıq-aşkar uduzurdu.
Erməni silahlı qüvvələri tərəfindən
Şuşa şəhərinin
ələ keçirilməsi
hamını çaşqın
vəziyyətə salmışdı.
Cəmiyyətdə müdafiəsizlik
və yaşayışın
mümkünsüzlüyü ovqatı kütləvi xarakter almışdı. Belə bir vəziyyətdə
ölkənin Prezidenti
dönə-dönə Heydər
Əliyevə müraciət
edərək Bakıya
gəlməsini xahiş
etdi.
15 iyul 1993-cü ildə
Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi, bir neçə gündən
sonra isə prezident Bakını tərk etdiyinə görə Milli Məclisin qərarına uyğun olaraq, hakimiyyəti bütünlüklə
öz öhdəsinə
götürdü.
Bununla da Azərbaycan tarixində Heydər Əliyev zəmanəsinin ən dinamik, gərgin və səmərəli dövrü başladı.
Heydər Əliyevin nəhəng səyləri
nəticəsində artıq
başlanmış vətəndaş
müharibəsinin alovları
söndürüldü. Lənkəranda
və Gəncədə
tabelikdən çıxmış
silahlı birləşmələr
tərk-silah edildi.
Bundan sonra döyüş qabiliyyətinə
malik ordu yaradılır və onun döyüş qüdrəti sayəsində
atəşkəs sazişinin
bağlanması mümkün
olur.
Xəzər dənizinin
neft və qaz ehtiyatlarının işlənməsi, yeni tranzit xətlərin çəkilməsi, böyük
İpək yolunun bərpası və s. bu kimi layihələrin
reallaşdırılması nəticəsində Azərbaycana
beynəlxalq aləmdə
siyasi və maliyyə marağı yaranır. Respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələrindən
birinə çevrilir.
Hələ Naxçıvanda
Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının proqram sənədləri hazırlanmışdır.
Müxalifət partiyası
kimi yaradılan bu partiya qısa
müddət ərzində
respublikanın ən nüfuzlu siyasi təşkilatına çevrildi.
Heydər Əliyevin
fəaliyyəti, gördüyü
işlər haqqında
hamımızda kifayət
qədər məlumat
var. Çoxlarımız
Heydər Əliyevin dövrünü yaşamışıq
və onun Azərbaycan xalqına və dövlətinə misilsiz əməyinin şahidiyik. İstər-istəməz
sual yaranır - Ulu Öndərin zəngin, misilsiz fəaliyyətini onun hansı xüsusiyyətləri
mümkün etmişdir?
Mübaliğəsiz deyək
ki, bu fəaliyyəti
təmin edən onun dahiliyi olmuşdur.
Bunu tək sovet dövründəki ölkə rəhbərləri
deyil, hətta xarici dövlətlərdə
də qeyd edirdilər.
Heydər Əliyev
uzaqgörənliyi ilə
fərqlənən siyasətçi
idi. Hələ sovet dövründə Azərbaycanın inkişafını,
müstəqilliyini görürdü
və bu istiqamətdə lazımi
tədbirlər həyata
keçirirdi. Hətta
1978-ci ildə Azərbaycan
Konstitusiyası qəbul
olunanda Azərbaycan dilini dövlət dili kimi Əsas
Qanunda əks etdirməyə nail olmuşdu. Əhalisi sayca Azərbaycandan daha çox olan bəzi respublika rəhbərləri
buna qısqanclıqla
yanaşmışdılar.
Sovet İttifaqının
ən dinamik dövründə Heydər
Əliyev Azərbaycanda
hərbi lisey yaratdı və müvafiq orqanlar qarşısında məsələ
qoydu ki, orduda xidmət edən azərbaycanlılar
hərbi peşəyə
mükəmməl yiyələnməlidirlər.
Heydər Əliyev
1978-1984-cü illərdə Dərin Özüllər
Zavodunun Azərbaycanın
Xəzər sektorunda tikilməsinə nail oldu. Bu, çox
uzaqgörənliklə həyata
keçirilən bir layihə idi. Zavodun Rusiyanın Həştərxan şəhərində
tikilməsi nəzərdə
tutulurdu, Heydər Əliyevin səyləri nəticəsində ittifaq
fondunun maliyyəsi ilə zavod Azərbaycanda tikildi. Zavodun tikintisi 1980-ci illərdə tamamlanmasaydı,
böyük çətinliklərlə
rastlaşardıq və
ölkəmizə neftdən
gələn gəlirin
miqdarı xeyli az olardı, neft kontraktlarının bağlanması da ləngiyərdi.
Biz hamımız
neft müqavilələrinin
Azərbaycanın inkişafına
müsbət təsirinin
və beynəlxalq aləmdə tanınmasında
önəmli rol oynamasının şahidiyik.
Heydər Əliyev
xalqını özünün
dahilik səviyyəsində
görmək istəyirdi.
Sovet dövründə
Heydər Əliyevin səyləri nəticəsində
Azərbaycanın minlərlə
vətəndaşı SSRİ-nin tanınmış ali təhsil məktəblərində elmə-peşəyə
yiyələndilər. Tanınmış
təsərrüfat işçiləri,
elm və mədəniyyət xadimləri
yüksək ordenlərlə
təltif olundular. Azərbaycanın məşhur
dirijoru SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı adına
layiq görüldü.
Maestro Niyazi Sovet İttifaqında bu yüksək ordenə layiq görülmüş
yeganə insan idi və bu
məsələ müzakirə
olunanda Ukraynanın odövrkü rəhbəri
qısqanclıqla iddia
edirdi ki, necə ola bilər
SSRİ-də və o
cümlədən Ukraynada
tanınmış dirijorlar
var, lakin onların heç biri belə yüksək mükafata layiq görülməyiblər.
O zaman həmin dövlət başçısı
Heydər Əliyevdən
vəzifəcə yuxarı
idi. Lakin Heydər Əliyev bu məsələdə də təmkinlik göstərərək izah
etmişdi ki, o, heç elə demək istəmir ki, SSRİ-də bu yüksək ada layiq olan
dirijor yoxdur.
Heydər Əliyevin
ən ağır məqamlarda çıxış
yolu tapmaq, qarşı tərəflə
razılıq əldə
etmək qabiliyyəti
xüsusi qeyd edilməlidir. 1993-cü ildə
ikinci dəfə Azərbaycana rəhbərliyə
qayıdanda qonşu ölkələrlə münasibət
gərgin vəziyyətdə
idi. Neft müqavilələrinin müzakirəsi
ərəfəsində Rusiya
xarici işlər nazirinin müavini mətbuatda çıxış
edərək demişdir:
"Azərbaycan Xəzər
dənizinin özünün
hesab etdiyi sektorunda Rusiya müvafiq qurğu qoyub neft hasil
etsə, məgər Azərbaycan Rusiya ilə müharibə aparacaq?" Bu, açıq şəkildə
Azərbaycana qarşı
olan düşmənçilik
mövqeyi idi. Ancaq Heydər Əliyevin səyləri sayəsində bu gərginlik aradan götürüldü və
neft müqaviləsi imzalandı. Heydər Əliyevin düşünülmüş
siyasəti nəticəsində
qonşu ölkələrlə
olan gərginlik aradan qaldırıldı.
Ulu Öndərin
ən böyük nailiyyətlərindən biri
ondan ibarətdir ki, müəllifi olduğu siyasi, iqtisadi və sosial kursun səmərəli
davamlılığına özündən
sonra da nail olundu. Bu
kursun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
həyata keçirilməsi
xalqımızı möhtəşəm
qələbəyə gətirdi.
Heydər Əliyevin
dərin zəkası
və siyasi duyumu ilə mərdliyi, cəsarəti,
əzmkarlığı və
çevikliyi üzvi surətdə birləşmişdi.
Bütün varlığı
vətənə məhəbbətlə
yoğrulmuşdu, gücünü
xalqdan alırdı. Xalq da Heydər
Əliyevə sonsuz sevgisi və sədaqəti ilə cavab verirdi.
Bu barədə
Heydər Əliyev gözəl demişdi:
"...xalq mənə
ümid bəsləyir.
Mən də bu ümidi doğrultmaq
üçün həyatımın
qalan hissəsini xalqa bağışlamışam
və ona qurban verməyə hazıram". Belə də oldu. Heydər
Əliyev həyatını
xalqına bağışladı.
Arif RƏHİMZADƏ,
Yeni Azərbaycan
Partiyasının Veteranlar
Şurasının sədri,
İdarə
Heyətinin üzvü
Azərbaycan.-2025.-
9 may (№94).- S.9.