Azərbaycan ilə Birləşmiş
Ərəb Əmirlikləri
arasında qarşılıqlı
etimad və dostluğa əsaslanan münasibətlər uğurla
inkişaf edir
Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd
bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə
zəng edib
Mayın 8-də Birləşmiş
Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı
zamanı dövlətimizin
başçısının Birləşmiş Ərəb
Əmirliklərinə səfəri
zamanı Əbu-Dabidə
keçirilmiş görüşlərdə
aparılmış müzakirələrdən
məmnunluq ifadə olunub.
Ölkələrimiz arasında qarşılıqlı
etimad və dostluğa əsaslanan münasibətlərin uğurla
inkişaf etdiyi bildirilib, mövcud siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin genişləndiyi,
müxtəlif sahələr
üzrə nümayəndə
heyətlərinin qarşılıqlı
səfərlər həyata
keçirdikləri vurğulanıb.
Dövlət başçıları ikitərəfli və regional gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan.-2025.-
9 may (№94).- S.1.