Baş
nazir Əli Əsədov Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin
Baş katibi To Lam ilə görüşüb
Baş nazir Əli Əsədov Vyetnam Kommunist Partiyasının Mərkəzi
Komitəsinin Baş katibi To Lam ilə
görüşüb
Mayın 8-də Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov ölkəmizdə
dövlət səfərində
olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin
(VKP MK) Baş katibi To
Lam ilə görüşüb.
Nazirlər Kabinetindən
AZƏRTAC-a bildiriblər ki,
görüş əsnasında
Əli Əsədov səfər çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyev ilə VKP MK Baş katibi To Lam arasında
aparılan danışıqların
əhəmiyyətini qeyd
edib. Bu danışıqların, həmçinin
əməkdaşlığın müxtəlif sahələrini
əhatə edən imzalanan sanballı ikitərəfli sənədlər
paketinin iki dost ölkənin dövlətlərarası əlaqələri
tarixində yeni səhifə açacağına
əminlik ifadə olunub.
Vurğulanıb ki,
Azərbaycan-Vyetnam münasibətləri
çox qədim və zəngin ənənələrə malikdir.
İki ölkənin
qarşılıqlı münasibətlərinin
əsası Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyev və Vyetnamın birinci Prezidenti Ho Şi
Min tərəfindən
qoyulub. Prezident Ho Şi Minin
1959-cu ildə Azərbaycana
gəlməsi və Heydər Əliyevin
1983-cü ildə Vyetnama
səfəri iki xalq arasında dostluğun başlanğıcını
qoyub.
Xüsusi olaraq
qeyd edilib ki, məhz Heydər
Əliyevin səfərindən
sonra sovet rəhbərliyi Vyetnama iqtisadi və elmi-texniki yardım göstərib, minlərlə
azərbaycanlı mütəxəssis
isə bu ölkənin infrastrukturunun
və neft sənayesinin postmüharibə
dövründə bərpasına
kömək etmək üçün Vyetnama göndərilib.
Vurğulanıb ki,
sovet dövründə
5 minə yaxın vyetnamlı Azərbaycanda təhsil alıb.
To Lamın səfəri
zamanı Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minə həsr olunmuş sərginin və onun büstünün açılışının əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, Heydər Əliyev və Ho Şi
Minin miras qoyduqları irsi davam etdirərək, bu gün hər
iki ölkənin rəhbərliyi dostluq əlaqələrinin möhkəmləndirilməsi
istiqamətində siyasi
iradə nümayiş
etdirir.
Xüsusilə Azərbaycan
Prezidenti İlham Əliyevin 2014-cü ildə
Vyetnama dövlət səfəri əlaqələrin
inkişafına və
etimada əsaslanan əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə
mühüm töhfə
verib.
Azərbaycan ilə
Vyetnam arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda
beynəlxalq təşkilatlar
çərçivəsində səmərəli əməkdaşlıqdan
məmnunluq ifadə olunub.
Yeni Azərbaycan
Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında dialoqun və səmərəli qarşılıqlı
fəaliyyətin səviyyəsi
yüksək qiymətləndirilib.
Qeyd olunub ki, hakim partiyalar
həmişə dostluq
əlaqələri saxlayıb
və iki ölkə arasında qarşılıqlı etimadın
möhkəmləndirilməsində mühüm rol oynayıblar.
Görüş zamanı
Azərbaycan-Vyetnam əməkdaşlığının
müxtəlif sahələrdə,
o cümlədən iqtisadi-ticari,
investisiya, neft-qaz, mədəni-humanitar və
başqa istiqamətlərdə
gələcək inkişafı
məsələləri müzakirə
edilib.
Azərbaycan-Vyetnam hökumətlərarası
birgə komissiyasının
növbəti iclasının
Hanoyda keçirilməsi
haqda razılıq əldə olunub.
Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam Vyetnam Baş nazirinin adından Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu Vyetnama səfərə dəvət edib.
Azərbaycan.-2025.- 9 may (№94).- S.4.