Azərbaycanın
və Vyetnamın xarici işlər nazirləri beynəlxalq təhlükəsizlik məsələlərini
müzakirə ediblər
Mayın 8-də Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
Vyetnamın Baş nazirinin müavini, xarici işlər naziri Bui Tan
Son ilə görüşüb.
Azərbaycanın Xarici
İşlər Nazirliyindən
AZƏRTAC-a verilən məlumata
görə, görüşdə
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın
inkişaf perspektivləri,
ikitərəfli və
çoxtərəfli əməkdaşlığın
gələcəyi, habelə
regional və beynəlxalq təhlükəsizlik
məsələləri müzakirə
olunub.
Ölkələrimiz arasında qarşılıqlı
səfər və təmasların, xüsusilə
Vyetnam Kommunist Partiyasının Mərkəzi
Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət
səfərinin, habelə
sözügedən səfər
çərçivəsində Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq
haqqında Birgə Bəyanatın qəbul edilməsinin əməkdaşlıq
gündəliyimizdə müstəsna
əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət,
müdafiə sənayesi,
enerji təhlükəsizliyi,
nəqliyyat-kommunikasiyalar, humanitar
sahələr üzrə
əməkdaşlığın geniş perspektivlərinin
mövcudluğu qeyd edilib, bu imkanlardan
istifadənin stimullaşdırılması
üçün bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Hökumətlərarası
Komissiya kimi platformalardan istifadənin zəruriliyi qeyd edilib.
Regional və beynəlxalq
təşkilatlar, o cümlədən
BMT, Qoşulmama Hərəkatı,
Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Müşavirə
(AQEM) çərçivəsində əməkdaşlıq məsələləri
müzakirə olunub, qarşılıqlı dəstək
və həmrəyliyin
davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2025.- 9 may (№94).- S.4.