ADNSU-da
Vyetnamın ilk Prezidenti Ho Şi
Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub
Mayın 8-də Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın
görkəmli siyasi xadimi, ilk Prezidenti
Ho Şi Minin anadan olmasının
135 illiyinə həsr
olunmuş və Vyetnam-Azərbaycan əməkdaşlığını
əks etdirən Memorial otağın açılış mərasimi
keçirilib.
Tədbir
Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq münasibətlərinin və
enerji sahəsində əməkdaşlığın rəmzi olaraq təşkil olunub.
Mərasimdə energetika naziri Pərviz Şahbazov, elm və təhsil naziri Emin Əmrullayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, həmçinin hər iki ölkənin dövlət və hökumət rəsmiləri, elm və təhsil sahəsinin nümayəndələri, eləcə də ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi
Komitəsinin Baş katibi To Lam, energetika naziri Pərviz Şahbazov, “PetroVietnam” şirkətinin
Müşahidə Şurasının
sədri Le Mahn Hung çıxış edərək Azərbaycan-Vyetnam
münasibətlərinin tarixi
əsaslarından, enerji
sahəsindəki birgə
layihələrdən və
Ho Şi Minin siyasi irsinin
bu münasibətlərə
təsirindən danışıblar.
Çıxışlar zamanı Ho Şi Minin xalqlar
arasında dostluğun
və həmrəyliyin
təşəkkülündə oynadığı rol vurğulanıb. Ardınca
Memorial otağın açılışı olub.
Memorial otağın
ekspozisiyasında Ho Şi Minin həyat
və fəaliyyətini
əks etdirən materiallar, eləcə də Azərbaycan ilə Vyetnam arasında neft və qaz sənayesində
əməkdaşlığa dair tarixi sənədlər
yer alıb.
Tədbir çərçivəsində
otağa baxış keçirilib, nümayəndələr
birgə xatirə şəkli çəkdiriblər.
Sonda tədbirin əhəmiyyəti vurğulanaraq
belə təşəbbüslərin
iki ölkə arasında əlaqələrin
daha da möhkəmlənməsinə
töhfə verdiyi bildirilib.
Azərbaycan.-2025.- 9 may (№94).- S.4.