Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib

 

Mayın 8-də Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılışı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin komitə sədrləri, deputatlar, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri prokurorluq əməkdaşları, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri jurnalistlər iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.

Yeni inşa olunmuş korpusla tanış olan iştirakçılara bildirilib ki, bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, proseslərinin effektivliyinin artırılması vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.

Binada əməkdaşların rahat funksional şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, habelə 125 nəfərlik akt zalı, yeməkxana yaradılıb, eyni zamanda, bina enerji səmərəliliyi təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.

Daha sonra yeni akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə, Ulu Öndərin əziz xatirəsi yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra açılış nitqi ilə Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror istifadəyə verilmiş akt zalında təşkil edilən ilk tədbirin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edildiyini qeyd edib. O, Ulu Öndərin şəxsiyyətinin yalnız siyasətçi olaraq deyil, xalqın taleyini dəyişən dövlətin memarı olan bir lider kimi xatırlanmasının əhəmiyyətini vurğulayıb. Baş prokuror Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan, yox olmaqdan dövlətçiliyimizi dağılmaqdan xilas edərək, ölkəni hüquqi, demokratik müstəqil dövlət kimi yenidən inşa etdiyini bildirib.

Baş prokuror Kamran Əliyev vurğulayıb ki, ölkə başçısının 2025-ci iliKonstitusiya Suverenlik İlielan etməsi dövlətçiliyimizin əsas sütunlarının bir daha təhlil olunması mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub.

Baş prokuror bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qurucusu Konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir. Vurğulanıb ki, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qoruyub saxlayaraq hüquqi dövlətin təməlini möhkəmləndirib, Prezident İlham Əliyevin rəhbərliyi altında isə dövlət suverenliyi tam təmin edilərək ərazi bütövlüyü bərpa olunub.

Baş prokuror Kamran Əliyev, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə orqanlarının inkişafı müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, istifadəyə verilən yeni korpusun Bakı Şəhər Prokurorluğunun fəaliyyətinin daha da səmərəli məhsuldar olmasına töhfə verəcəyini vurğulayıb.

Yeni inzibati binanın açılışı münasibətilə Baş prokuror dövlətimizin başçısına prokurorluq əməkdaşları adından təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət qayğı nəticəsində müasir infrastrukturun təmin olunduğunu qeyd edib. O, bu cür şəraitin peşəkarlığın potensialının artırılmasında, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacağını vurğulayıb.

Daha sonra çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhər prokuroru Elşən Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan danışıblar. Eldar Əzizov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib. O, Ulu Öndərin rəhbərliyi ilə ölkəmizin müstəqilliyinin möhkəmləndirildiyini, dövlətçiliyin əsaslarının qoyulduğunu hüquqi dövlət quruculuğunun təməlinin atıldığını vurğulayıb. Elşən Abbasov isə çıxışında Ulu Öndərin hüquqi dövlət quruculuğundakı rolunu qeyd edib. O, Ümummilli Liderin Azərbaycanı hüquqi, demokratik müstəqil dövlətə çevirmək üçün atdığı addımların əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların dövlətin inkişafı istiqamətində atılan addımların Ulu Öndərin ideyalarının davamı olduğunu bildirib. O, bu islahatların ölkənin hüquqi sisteminin gücləndirilməsinə vətəndaşların hüquqlarının qorunmasına xidmət etdiyini qeyd edib. Komitə sədri Ulu Öndər Heydər Əliyevin dövlətçilik təliminin Azərbaycan xalqının gələcək inkişafı üçün əvəzsiz bir irs olduğunu vurğulayıb.

Daha sonraXalqın Adamıadlı sənədli film nümayiş olunub.

 

Azərbaycan.-2025.- 9 may (№94).- S.5.