“Ümummilli
Lider Heydər Əliyev - tarix yazan və yaradan
Dahi Şəxsiyyət”
adlı konfrans təşkil olunub
“Konstitusiya və
Suverenlik İli” çərçivəsində Nizami Rayon İcra
Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının
birgə təşəbbüsü
ilə “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan
Dahi Şəxsiyyət”
mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans
iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə
əklil və güllər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad edib, Ulu
Öndərin həyat
və fəaliyyətini
əks etdirən fotosərgi ilə tanış olublar.
Dövlət Himninin
səslənməsi ilə
başlayan tədbirdə
Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və
suverenliyi uğrunda mübarizədə canlarını
qurban vermiş şəhidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli
Liderin həyat və fəaliyyətindən
bəhs edən videofilm nümayiş olunub.
Konfransda Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı
Coşqun Cəbrayılov,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədr
müavini Sədaqət
Qəhrəmanova və
Milli Məclisin deputatı Könül Nurullayeva çıxış
ediblər.
Qeyd olunub ki, dahi Heydər
Əliyev Azərbaycan
xalqını zamanın
mürəkkəb tarixi-siyasi
sınaqlarından uğurla
çıxarmış və
ardıcıl mübarizə
apararaq onu müstəqilliyə qovuşdurmuş
qüdrətli şəxsiyyətdir.
Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə
məhz Ümummilli Lider Heydər Əliyev zəkasının
işığında qədəm
qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan müdrik Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ulu Öndərin
34 illik fəaliyyəti
tariximizin şanlı
səhifəsi, Azərbaycanın
inkişaf və tərəqqi salnaməsi,
hər anı böyük uğurlar və nailiyyətlərlə
ölçülən təkrarolunmaz
siyasi məktəbdir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yazıb,
müstəqil Azərbaycan
dövləti qısa
zaman kəsiyində dünyanın ən sürətlə inkişaf
edən dövlətinə
çevrilib. Bu möcüzənin yaradıcısı
olan bütün dövrlərin ən böyük Azərbaycanlısı
öz xalqının xoşbəxtliyi və firavanlığı uğrunda
ömrünün son anlarına qədər yorulmadan çalışıb.
Bu müqəddəs mübarizədən şərəflə
qalib ayrılan Ulu Öndər xalqının Ümummilli
Lideri olaraq hər bir azərbaycanlının
qəlbində sonsuz Heydər Əliyev sevgisini yaratdı.
Xüsusilə vurğulanıb
ki, bu gün
Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək intellekti, uzaqgörən siyasəti və fədakar fəaliyyəti
sayəsində Azərbaycan
özünün ən
qüdrətli və inkişaf etmiş dövrünü yaşayır.
Qalib və nüfuzlu dövlət kimi öz sözünü
deyən Azərbaycan dünyaya Günəş
kimi parlayır və beynəlxalq arenada yeni zirvələrə
doğru mətin addımlarla irəliləyir.
Tarix yazan və yaradan dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Hələ sağlığında millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.
Azərbaycan.-2025.- 9 may (¹94).- S.5.