Azərbaycan Respublikası Prokurorluğunun
nümayəndə heyəti
beynəlxalq tədbirdə
iştirak edib
2025-ci ilin 6-7 may
tarixlərində Səudiyyə
Ərəbistanı Krallığı
və Maldiv Respublikasının birgə
təşkilatçılığı ilə Maldiv Respublikasında “Turizm sektorunda korrupsiyaya qarşı mübarizə
və şəffaflığın
gücləndirilməsi” mövzusunda
beynəlxalq tədbir
keçirilmişdir.
Tədbirdə Azərbaycan
Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsinin
rəisi Nazim Rəcəbovun rəhbərlik
etdiyi nümayəndə
heyəti ölkəmizi
təmsil etmişdir.
Forumda BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı
Mübarizə İdarəsinin
(UNODC) İcraçı direktoru,
İslam Əməkdaşlıq
Təşkilatının Baş
Katibi, 40-dan artıq ölkənin və 10-dan çox beynəlxalq təşkilatın rəhbər
şəxsləri də
daxil olmaqla 170-dən çox nümayəndə
iştirak etmişdir.
İclas çərçivəsində
müxtəlif ölkələrdə
turizm sektorunda rast gəlinən korrupsiya halları, bu sahədə risklərin erkən müəyyən olunması
və qarşısının
alınması yolları
müzakirə edilmiş,
aidiyyəti qurumların
ekspertləri bu sahədəki çətinliklər
və uğurlu təcrübələri bölüşmüşlər.
Sessiyalarda etik davranışın təmin
olunması üçün
institusional çərçivələrin
möhkəmləndirilməsi və səmərəli mexanizmlərin tətbiqi zərurəti vurğulanmış,
turizm sektorunun transmilli xarakterini nəzərə alaraq beynəlxalq əməkdaşlığın
əhəmiyyəti önə
çəkilmişdir.
Həmçinin, korrupsiyaya
qarşı mübarizədə
mövcud alət və mexanizmlər təqdim olunmuş, BMT tərəfindən “Korrupsiyanın
Ölçülməsi üzrə
Qlobal Təşəbbüs”
layihəsi çərçivəsində
ölkələrin bu
sahədəki irəliləyişlərinin
qiymətləndirilməsi və
siyasət tövsiyələrinin
hazırlanmasına yönəlmiş
yanaşmalar iştirakçılara
təqdim edilmişdir.
Tədbirdə çıxış
edən nümayəndə
heyətinin rəhbəri
Nazim Rəcəbov ölkəmizdə turizm sahəsində son illərdə həyata keçirilmiş islahatlar,
beynəlxalq əməkdaşlıq
tədbirləri, müşahidə
olunan korrupsiya hüquqpozmaları və bu hallarla bağlı
Baş İdarədə
aparılmış ibtidai
araşdırmaların xüsusiyyətləri
barədə məlumat
vermişdir.
O, həmçinin korrupsiya
risklərinin müəyyənləşdirilməsi
və idarə edilməsi mexanizmləri, eləcə də
2022–2026-cı illəri əhatə
edən “Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair Milli Fəaliyyət
Planı” çərçivəsində
görülmüş preventiv
tədbirlər haqqında
geniş təqdimatla çıxış etmişdir.
Tədbir çərçivəsində
Nazim Rəcəbov Səudiyyə Ərəbistanının
Korrupsiyaya qarşı
Nəzarət və Antikorrupsiya Qurumu, Malayziya Antikorrupsiya Komissiyası, Maldiv Respublikasının Korrupsiyaya
qarşı Mübarizə
Komissiyası və Çin Xalq Respublikasının Honkonq
Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya
qarşı Müstəqil
Komissiyasından olan həmkarları ilə ikitərəfli görüşlər
keçirmişdir.
Görüşlərdə hüquqi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2025.- 9 may (¹94).- S.5.