Energetika, texnologiya, innovasiya rəqəmsal inkişaf...

 

Azərbaycan Vyetnam bu sahələr üzrə əməkdaşlıq edəcək

 

Azərbaycanın Vyetnamın qəbul etdikləri Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatla ölkələrimizin bir-birilə əlaqələri daha yüksək pilləyə qalxır. Bunun üçün bir çox sahədə, o cümlədən iqtisadiyyatda böyük potensial var. Odur ki, ticarət, energetika, nəqliyyat digər istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirmək üçün geniş üfüqlər açılır.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində imzalanan sənədlər bunu göstərir. Həmin sənədlər sırasında iki ölkənin energetika sahəsində əməkdaşlığı genişləndirilməsini hədəfləyənlər diqqət çəkir. Bunlardan biri "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"dur. Digər bir Anlaşma Memorandumu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye - Enerji Qrupu ("PetroVietnam") arasında imzalanıb. Energetika sahəsinə aid daha bir sənəd isə "SOCAR Trading Singapore PTE LTD" ilə "Binh Son Refining and PetrochemicaI JSC" arasında imzalanmış Anlaşma Memorandumudur.

Elm, texnologiya, innovasiya rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənəcək. Bu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm Texnologiya Nazirliyi arasında Anlaşma Memorandumuna əsasən həyata keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında imzalanan Anlaşma Memorandumu isə Birgə Biznes Şurasının yaradılmasını nəzərdə tutur.

Məlum olduğu kimi, mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı öz bəyanatında demişdir: "Energetika sahəsində imzalanmış sənədlər apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar".

Vyetnamın dövlət başçısının ölkəmizə səfəri çərçivəsində iqtisadiyyatın bu digər sahələrində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb. Prezident İlham Əliyev iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikasının Azərbaycanın Vyetnama əsasən neft satışından ibarət olduğu üçün təəssüfləndiyini bildirib: "Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq".

Bu gün daha çox ticarət əməkdaşlığı formasında aparılan Azərbaycan-Vyetnam iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün qarşılıqlı sərmayə qoyuluşu məsələləri önə çəkilib. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olunub aidiyyəti qurumların bu məsələlərlə bağlı konkret addımlar atması tapşırılıb. Həm "Şimal-Cənub", həm "Şərq-Qərb" nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarətin stimullaşdırılacağı qeyd olunub. Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğu bildirilib.

Eləcə Hökumətlərarası Komissiyanın iclasının uzun müddətdir keçirilməməsi qeyd edilib. Əldə edilmiş razılaşma əsasında tezliklə komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıb. Çünki bu, bir çox istiqamət üzrə mümkün əməkdaşlığı daha da sürətləndirə bilər.

Bütün bunlar Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bəyanatında bir növ müddəalar kimi səslənib: "Hökumətlər-arası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq, əmtəə dövriyyəsi sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir. Biz hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik, çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək".

 

Flora SADIQLI,

Azərbaycan.-2025.- 9 may (№94).- S.6.