Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı İçərişəhərlə tanış olub

 

 

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li mayın 8-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonağın İçərişəhərdə gəzintisi tarixi memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıb. Xanım No Fon Li qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Qız qalasının içərisinə daxil olan qonağa abidənin daxili strukturu, keçmişdəki funksiyası arxeoloji tapıntılar barədə ətraflı məlumat təqdim edilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq qonaqda böyük maraq doğurub.

Gəzinti zamanı Baş katibin xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma bərpa işləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Qonaq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində yaradılan “Dastan” brendi ilə tanış olub. Ona bu brendin milli irsimizin qorunması təşviqi istiqamətində həyata keçirilən layihələr, eləcə təqdim olunan əl işləri sənət nümunələri barədə ətraflı məlumat verilib.

Burada Baş katibin xanımına xatirə hədiyyəsi olaraq Xarıbülbül döş nişanı Qarabağ xalçası ornamentləri ilə bəzədilmiş suvenir qab hədiyyə olunub.

Gəzinti zamanı qonağa Yeraltı hamam barədə məlumat verilib. Qeyd olunub ki, XVII əsrin əvvəllərinə aid olan bu tarixi-memarlıq abidəsi İçərişəhərin cənub-şərq hissəsində yerləşir. Guşə daşlarından inşa edilən hamam memarlıq üslubu özünəməxsus xüsusiyyətləri ilə həmin dövrün şəhər hamamı ənənələrini əks etdirir.

İçərişəhərdə gəzinti zamanı xanım No Fon Li isti təndir çörəyinə qonaq edilib.

Gəzinti zamanı Baş katibin xanımı orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olanŞirvanşahlar Sarayı Kompleksiilə tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq xanım No Fon Lidə xoş təəssürat yaradıb.

 

Azərbaycan.-2025.- 9 may (¹94).- S.6.