DTX-nin Akademiyasının təşkilatçılığı ilə respublika elmi-praktik konfransı keçirilib

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının (Akademiya) təşkilatçılığı ilə DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə Konstitusiya Suverenlik İli”nə həsr olunmuşHeydər Əliyevin dövlət təhlükəsizlik siyasəti: tarixi nailiyyətlər müasir çağırışlarmövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Akademiyadan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə DTX-nin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, AMEA-nın vitse-prezidenti, Elm Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətini sədri, millət vəkili Əziz Ələkbərli digər millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı mülki ali təhsil müəssisələrinin rəhbər şəxsləri professor-müəllim heyətləri iştirak ediblər.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının suverenliyi ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda Akademiyanın rəisi general-mayor Elşad Nəsirov giriş nitqi çıxış edərək DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin adından qonaqları salamlayıb konfransda iştirak etdiklərinə görə təşəkkürünü bildirib. General-mayor E.Nəsirov belə bir mötəbər tədbirin məhz Ulu Öndərin adını daşıyan Akademiyanın təşkilatçılığı ilə keçirilməsini təkcə təhlükəsizlik orqanlarında çalışan əməkdaşlar üçün deyil, bütövlükdə milli təhlükəsizlik sisteminin strateji mahiyyətini dərk edən hər bir şəxs üçün xüsusi rəmzi ideoloji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müasir Azərbaycan dövlətçiliyinin memarı qurucusu olan Heydər Əliyevin ölkəmizin milli maraqlarını əsas tutaraq təhlükəsizlik, müstəqillik, müasirlik multikultural dəyərlər üzərində dayanan dövlət idarəçilik sistemini formalaşdırdığını qeyd edən natiq Ümummilli Liderin dövlət təhlükəsizliyi siyasətinin müxtəlif aspektlərini əhatə edən bu konfransın milli təhlükəsizlik siyasətinin elmi əsaslarla araşdırılması gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıdığını bildirib.

E.Nəsirov qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyinin, konstitusion quruluşunun ərazi bütövlüyünün qorunmasına xidmət edən təhlükəsizlik sisteminin hüquqi əsaslarını müəyyənləşdirdi. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyinin, vətəndaşların hüquq azadlıqlarının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malik sənəd olub. Bu Konstitusiya Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin hüquqi dövlət anlayışının əsasını təşkil edir. 2025-ci ilinKonstitusiya Suverenlik İlielan olunması Azərbaycanın müasir hüquqi dövlət quruculuğu modelinin təkmilləşdirilməsi, suverenlik təhlükəsizlik konsepsiyalarının daha da möhkəmləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bariz nümunəsidir. Onun əsasını qoyduğu təhlükəsizlik siyasəti hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni siyasi müstəvidə uğurla davam etdirilir. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər beynəlxalq hüququn bərpası ədalətin təntənəsi kimi tarixə düşüb. Bu tarixi Zəfərlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Birləşmiş Millətlər Təşkilatının otuz ilə yaxın kağız üzərində qalmış qətnamələri hərbi, diplomatik yollarla reallığa çevrildi. Bu müharibə 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı həm informasiya manipulyasiyası, hibrid müharibə, kibertəhdidlər kimi yeni tipli təhlükələrlə mübarizədə Azərbaycanın təhlükəsizlik sisteminin çevik müasir yanaşmalara əsaslandığını bir daha sübut etdi. Əminliklə qeyd edə bilərik ki, Ulu Öndərin şanlı peşəkarlıq məktəbini böyük qürur fəxarət hissi ilə davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti qarşısında qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi, müstəqilliyimizin əbədiliyi, Ulu Öndərin irsinin dərindən öyrənilməsi, dövlətçiliyimizin qorunması daha da möhkəmlənməsi naminə bundan sonra da var qüvvəsi ilə çalışacaq, Vətənə sədaqətlə xidmət edəcək göstərilən yüksək etimadı öz xidməti ilə doğruldacaq.

Ardınca konfransda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Milli Məclis sədrinin müavini Ziyafət ƏsgərovMüstəqillik dövründə Azərbaycan Respublikasının konstitusion inkişafımövzusunda məruzə ilə çıxış edib. Müstəqilliyimiz bərpa olunan zaman demokratik quruluşu qanununun aliliyini özünün başlıca məqsədi elan edən respublikamızın qarşısında duran əsas vəzifələrdən biri yeni Konstitusiyanın hazırlanması olduğunu qeyd edən natiq Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması ilə yanaşı, müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbul edildiyini bildirib. Z.Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il respublikamızdaKonstitusiya Suverenlik İlielan olunmasının milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan bu qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi təbliği, bu istiqamətlərdə yeni siyasi-elmi araşdırmaların aparılması, yeni inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

AMEA-nın vitse-prezidenti, Elm Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev konfransdaQlobal rəqəmsal transformasiyalar şəraitində Azərbaycan dövlətinin kibersuverenliyinin təmin olunması zəruriyyəti haqqındamövzusunda məruzə ilə çıxış edib. Bütün dünyada informasiya texnologiyalarının geniş tətbiq olunmasının bir çox məsələlərə yenidən baxmağı tələb etdiyini bildirən natiq ölkəmizdə bununla bağlı çox mühüm işlər həyata keçirildiyini, həm dövlət səviyyəsində, həm özəl sektorda, həm insanların şəxsi həyatında informasiya kommunikasiya texnologiyaları geniş tətbiq olunduğunu qeyd edib. Akademik R.Əliquliyev vurğulayıb ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət siyasəti əsasında informasiya kommunikasiya texnologiyalarını sistemli şəkildə, milli strategiyalar, dövlət proqramları çərçivəsində inkişaf etdirməyə başlayıb. Bu istiqamətdə dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda Milli Məclisinin Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu NağıyevHeydər Əliyevin dövlət təhlükəsizliyi siyasətimövzusunda çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyəti haqqında ətraflı bəhs edərək bu orqanların milliləşdirilməsinin məhz dahi rəhbərin adı ilə bağlı olduğunu qeyd edib.

Konfransda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad DaanovÜmummilli Lider Heydər Əliyevin milli təhlükəsizlik konsepsiyasında daxili işlər orqanlarının rolu”, Qərbi Azərbaycan İcması İdarə Heyətini sədri, millət vəkili Əziz ƏləkbərliHeydər Əliyevin Qərbi Azərbaycan siyasəti”, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqatlar İnstitutunun rektoru, general-mayor Arif HəsənovHeydər Əliyevin hərb siyasətimövzularında məruzələrlə çıxış edib.

 

Azərbaycan.-2025.- 9 may (¹94).- S.7.