Sağlam xalq güclü dövlətin təməlidir

 

Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün yeni bir səhiyyə strategiyası formalaşdırıb

 

Hər bir xalqın tarixində elə şəxsiyyətlər var ki, onların adı zamanla ölçülməz, əməlləri illərə deyil, əsrlərə bərabər olar. Məhz belə şəxsiyyətlərdən biri müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, dahi siyasətçi müdrik dövlət başçısı Heydər Əliyevdir.

Azərbaycan xalqı hər il Ulu Öndərin doğum gününü böyük ehtiramla yad edir. Çünki 10 may yalnız Ulu Öndərin doğum günü deyil, eyni zamanda Azərbaycanın qürur dövlətçilik salnaməsinin yenidən yazılmağa başladığı tarixdir.

Azərbaycanın müasir tarixində dərin izlər qoyan, yeni dövlətçilik ideyalarının müəllifi olan Ümummilli Lider Heydər Əliyev yalnız siyasi arenada deyil, sosial-iqtisadi humanitar sahələrdə mühüm islahatlara imza atıb. Onun fəaliyyəti təkcə ölkənin siyasi sabitliyini təmin etməklə kifayətlənməmiş, eyni zamanda xalqın rifah halının yüksəldilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə sağlam həyat tərzinin formalaşdırılmasına da yönəlmişdi. Bu mənada səhiyyə sahəsi Heydər Əliyevin xüsusi diqqət ayırdığı, strateji əhəmiyyət daşıyan sahələrdən biri kimi önə çıxmışdır.

Səhiyyə - istənilən dövlətin sosial dayaqlarından biri olmaqla yanaşı, cəmiyyətin sağlam inkişaf səviyyəsinin göstəricisidir. Azərbaycanın ən mürəkkəb siyasi-ictimai mərhələlərdən keçdiyi dövrlərdə belə Ümummilli Lider bu sahənin inkişafını daim prioritet vəzifələr sırasında saxlamışdı. Həm sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə, həm Azərbaycanın müstəqillik dönəmində Heydər Əliyevin səhiyyə  siyasəti dərin strateji baxışı humanist yanaşması ilə seçilirdi.

Heydər Əliyev üçün Azərbaycan insanının sağlamlığı, rifahı həyat keyfiyyəti əsas prinsiplərdən biri idi. O, dəfələrlə vurğulayırdı: "İnsan sağlamlığı - cəmiyyətin əsas sərvətidir". Bu yanaşma təkcə sözlərlə deyil, konkret addımlar ardıcıl tədbirlərlə reallığa çevrilmiş, onun rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən islahatlar uzunmüddətli dayanıqlı inkişafın bünövrəsini formalaşdırmışdır.

Heydər Əliyevin səhiyyə siyasəti təkcə keçmişin deyil, həm bu günün gələcəyin sağlam cəmiyyətinin təminatına yönəlmiş böyük dövlətçilik nümunəsidir.

 

Sağlam cəmiyyət güclü dövlətin əsasıdır

 

14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikanın ictimai-siyasi, sosial iqtisadi həyatında yeni bir mərhələ başlandı. Həmin dövr Azərbaycanda səhiyyənin vəziyyəti ozamankı tələblərə cavab vermirdi: infrastruktur köhnəlmişdi, bölgələrdə tibbi xidmətin səviyyəsi aşağı idi, ixtisaslı tibbi kadr çatışmazlığı ciddi hiss olunurdu. Bu reallıqlar həyata keçirilən köklü islahatların zəruriliyini ortaya qoyurdu.

Belə bir dövrdə Heydər Əliyevin uzaqgörənliyi sosial siyasətə verdiyi önəm nəticəsində Azərbaycanın səhiyyə sistemi yenidən formalaşmağa başladı. Ulu Öndər səhiyyənin yalnız müalicəyönümlü deyil, həm profilaktik xarakterli bir sistemə çevrilməsini əsas hədəf kimi müəyyənləşdirmişdi. Bu məqsədlə respublikada yeni xəstəxanalar, poliklinikalar, sanatoriyalar digər tibbi müəssisələr inşa edildi, mövcud səhiyyə ocaqları əsaslı şəkildə təmir olundu, onların maddi-texniki bazası müasirləşdirildi. 1970-1980-ci illər ərzində Azərbaycanın şəhər kəndlərində yüzlərlə yeni tibb müəssisəsi istifadəyə verildi ki, bu da əhalinin tibbi xidmətlərə çıxış imkanlarını xeyli genişləndirdi. Səhiyyə üçün ayrılan dövlət xərclərinin həcmi bu illər ərzində təxminən 2,5 dəfə artdı.

Bununla yanaşı, Heydər Əliyev səhiyyə sistemində kadr potensialının gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyən etmişdi. Onun təşəbbüsü ilə Azərbaycan Tibb İnstitutu üçün yeni tədris korpusları tikildi, tibbi kadrların hazırlanması ixtisasartırma imkanları genişləndirildi. Gənc mütəxəssislərin Sovet İttifaqının nüfuzlu tibb mərkəzlərində təcrübə keçməsi üçün şərait yaradıldı. Bu addımlar nəticəsində respublikamızda yüksəkixtisaslı həkimlərin orta tibb işçilərinin sayı əhəmiyyətli dərəcədə artdı.

Profilaktik tədbirlərin genişləndirilməsi, sanitar-gigiyenik maarifləndirmə işinin gücləndirilməsi, uşaqlar qadınlar üçün xüsusi tibbi xidmətlərin təşkili kimi məsələlər diqqət mərkəzində saxlanılırdı. Uşaq bağçaları məktəblərdə müntəzəm tibbi baxışlar keçirilir, infeksion xəstəliklərin qarşısının alınması üçün peyvəndləmə tədbirləri sistemli şəkildə aparılırdı.

Heydər Əliyevin bu dövrdə atdığı addımlar nəticəsində Azərbaycan SSR ümumittifaq miqyasında səhiyyənin inkişaf səviyyəsinə görə qabaqcıl respublikalar sırasına yüksəldi. Çünki Ulu Öndər sovet dönəmində milli maraqlara sadiq bir siyasət yürüdürdü. Bu siyasət iqtisadiyyatdan tutmuş elmə, sənayedən mədəniyyətə, kadr siyasətindən tibb sisteminə qədər bütün istiqamətləri əhatə edirdi. Azərbaycanın ən həssas ən çox qayğıya ehtiyac duyan sahələrindən olan səhiyyə məhz Heydər Əliyevin siyasi iradəsi, qayğısı prinsipial yanaşması sayəsində yenidən dirçəldi. Ulu Öndər əbəs yerə dəfələrlə vurğulamırdı ki, insanın saglamlığı dövlətin məsuliyyətidir.

Bütün bu nailiyyətlər məqsədyönlü, ardıcıl elmi əsaslara söykənən siyasətin təzahürü idi. Məhz bu zamanda qoyulan təməl sonrakı illərdə - müstəqillik dövründə sağlamlıq sisteminin inkişafı üçün dayanıqlı baza rolunu oynadı.

 

Müstəqil Azərbaycan yeni səhiyyə strategiyası

 

1990-cı illərin əvvəlləri Azərbaycan üçün həm siyasi, həm sosial-iqtisadi baxımdan son dərəcə mürəkkəb ağır bir dövr idi. Ölkədə hökm sürən siyasi xaos, iqtisadi tənəzzül, Ermənistan-Azərbaycan müharibəsinin doğurduğu humanitar fəlakət kütləvi məcburi köçkünlük səhiyyə sistemini dərin böhran vəziyyətinə salmışdı. Dərman təminatı zəifləyən, tibbi avadanlıqları sıradan çıxan səhiyyə sahəsi daha ağır bir sınaqla üz-üzə idi - illərlə formalaşan ixtisaslı kadrlar xaricə üz tutmağa başlamışdı.

Hər bir sahədə olduğu kimi, səhiyyə sahəsi tənəzzülə doğru gedirdi. Belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ölkənin həyatında dönüş nöqtəsi oldu. O, dövlət idarəçiliyini yenidən bərpa etməklə yanaşı, səhiyyə sahəsinin xilası üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyə başladı.

Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün yeni bir səhiyyə strategiyası formalaşdırdı. Bu strategiyanın əsasını milli maraqlara əsaslanan, insan amilini önə çəkən beynəlxalq təcrübəni nəzərə alan yanaşma təşkil edirdi. İlk mərhələdə səhiyyə infrastrukturunun bərpası tibbi xidmətlərin əhaliyə əlçatanlığının təmin edilməsi istiqamətində addımlar atıldı. Maliyyə vəsaitlərinin son dərəcə məhdud olduğu bir dövrdə belə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin artırılması təmin olundu. Respublikanın bir çox bölgəsində yeni xəstəxanalar, doğum evləri, poliklinikalar tikildi, mövcud müəssisələr əsaslı şəkildə təmir olundu müasir tibbi avadanlıqlarla təchiz olundu.

Eyni zamanda dərman təchizatı sistemində köklü dəyişikliklər edildi. Xarici ölkələrlə əməkdaşlıq çərçivəsində ölkəyə yüksəkkeyfiyyətli dərman vasitələrinin idxalı təmin olundu, tibbi cihaz texnologiyalar yeniləndi. Səhiyyə sahəsinə xarici investisiyaların cəlb edilməsi istiqamətində hüquqi bazanın formalaşdırılması da bu dövrdə aparılan islahatların mühüm tərkib hissəsinə çevrildi.

Müstəqillik dövründə səhiyyə sahəsindəki ən mühüm nailiyyətlərdən biri ana uşaq sağlamlığının qorunmasına dair tədbirlərin genişləndirilməsi oldu. Xüsusilə gənc ailələrə, hamilə qadınlara uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yüksəldildi, doğum uşaq xəstəxanalarının şəbəkəsi genişləndirildi. Ölkədə infeksion xəstəliklərə qarşı genişmiqyaslı peyvənd kampaniyaları aparıldı bir sıra xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altına alındı.

Bütün bu islahatların mərkəzində bir ideya dayanırdı: sağlam cəmiyyət qurmaq. Heydər Əliyev inamla bildirirdi: "Güclü dövlətin təməli sağlam savadlı vətəndaşdır." Onun bu yanaşması müstəqil Azərbaycanın səhiyyə siyasətinin əsasını təşkil etdi illər keçsə , həmin prinsiplər bu gün aktual olaraq qalır.

Bütün bu işlərin fövqündə isə ilk növbədə səhiyyə sahəsində milli qanunvericilik bazasının yaradılması dururdu. Heydər Əliyev dövlət başçısı kimi sağlamlığın qorunmasını fundamental insan hüquqlarından biri kimi dəyərləndirir bu istiqamətdə hüquqi mexanizmlərin formalaşdırılmasına xüsusi əhəmiyyət verirdi.

 

Yeni səhiyyə sistemi mütərəqqi qanunvericilik bazası tələb edirdi

 

1990-cı illərin ortalarından başlayaraq, Ümummilli Liderin təşəbbüsü siyasi iradəsi ilə səhiyyə sahəsində əsaslı qanunvericilik islahatlarına start verildi.

Ən mühüm sənədlərdən biri - 26 iyun 1997-ci ildə qəbul olunmuş "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu oldu. Bu sənəd səhiyyə sahəsində ilk sistemli mütərəqqi qanun kimi yadda qaldı. Qanunda Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqları, dövlətin bu sahədə məsuliyyəti, tibbi yardımın növləri təşkili, sanitariya nəzarəti, profilaktika, icbari könüllü tibbi sığorta, habelə özəl səhiyyə müəssisələrinin fəaliyyəti kimi məsələlər ətraflı şəkildə öz əksini tapdı. Bu sənəd səhiyyə sektorunun bazar iqtisadiyyatı şəraitinə uyğun inkişaf etməsinə imkan verdi idarəetmənin hüquqi əsaslarını formalaşdırdı.

Bununla yanaşı, bir çox mühüm qanun normativ sənəd məhz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq qəbul edildi:

"Sanitar-epidemioloji salamatlıq haqqında" qanun. Bu qanun ölkədə sanitariya epidemioloji nəzarət sahəsində fəaliyyətin hüquqi əsaslarını müəyyənləşdirdi.

"Donorluq qan komponentləri haqqında" qanun - təhlükəsiz qan dövriyyəsini donorluğun təşkili qaydalarını tənzimlədi.

"Psixi sağlamlıq yardımı haqqında" qanun - psixi xəstələrin hüquqlarını qoruyan bu sahədə etik normaları müəyyən edən mühüm sənəd oldu.

"İnsan orqan toxumalarının transplantasiyası haqqında" qanun - bu sahədə tibbi hüquqi normaları tənzimləyən ilk milli qanunvericilik aktlarından biri kimi mühüm əhəmiyyət daşıdı.

Sadalanan qanunlar həmin dönəmdə görülən işlərin sadəcə bir qismi idi. Ümumiyyətlə, Ulu Öndərin "Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 13 mart 1998-ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrində islahatların daha geniş daha sürətli aparılmasına şərait yaratdı. Keçid dövrü ərzində səhiyyədə mütərəqqi dəyişikliklərin edilməsi yeni səhiyyə sisteminin yaradılması məqsədilə 1994-cü ilin dekabrında ölkə prezidenti UNICEF rəhbərliyi "Əməkdaşlıq Proqramı" imzaladı. İslahatların əsas nailiyyətlərindən biri gələcəkdə özəl səhiyyə sisteminin sığorta sisteminin tətbiq edilməsindən ibarət oldu. Bu istiqamətlərdə normativ-hüquqi baza yaradıldı, "Özəl tibbi fəaliyyət haqqında" qanun qüvvəyə mindi, eləcə "Tibbi sığorta haqqında" qanun qəbul edildi.

Bu qanunvericilik aktlarının hazırlanması həyata keçirilməsi nəticəsində Azərbaycan səhiyyə sistemi yeni bir mərhələyə qədəm qoydu. Heydər Əliyev bu sahədə müasir beynəlxalq standartlara cavab verən hüquqi bazanın formalaşmasına şəxsən rəhbərlik edir, bir çox hallarda bu qanunların ideya müəllifi kimi çıxış edirdi. Ulu Öndər səhiyyə ilə bağlı qəbul edilən hər bir qanunu sadəcə hüquqi sənəd deyil, insan həyatına rifahına yönəlmiş bir dövlət qayğısı kimi dəyərləndirirdi. Bu baxımdan Heydər Əliyevin səhiyyə sahəsində qanunvericilik təşəbbüsləri təkcə bir dövrün ehtiyaclarını deyil, eyni zamanda gələcək nəsillərin sağlamlığını da təmin etməyə yönəlmiş strateji qərarlar idi.

 

"Həkim olmaq təkcə peşə deyil, bu, ali bir missiyadır"

 

Ulu Öndərin imzaladığı qanunlardan birini xüsusilə vurğulamaq istərdik. 17 iyun 1918-ci ildə Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təşkil edilən Səhiyyə Nazirliyinin yaranma tarixi şərəfinə 17 İyun günü 2001-ci ildə Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Tibb İşçilərinin Peşə Bayramı Günü elan edildi. Həmin il peşə bayramı ərəfəsində Heydər Əliyevin tibb işçilərinə göndərdiyi ilk təbrik məktubunda deyilirdi: "Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz".

Bir məqamı da xüsusi olaraq vurgulamaq yerinə düşər. 2000-ci ildə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin nəzdində strateji əhəmiyyət daşıyan Hərbi-tibb fakültəsi yaradıldı. Çox keçmədi ki, Qarabag ugrunda haqq savaşımızda həmin fakültənin məzunları olan qəhrəman həkimlərimizin fədakar əməyinin şahidi olduq.

Azərbaycan səhiyyə sisteminin inkişafını daim prioritet istiqamət kimi qiymətləndirən Ulu Öndər bir sıra tibb müəssisələrinin bünövrəsinin qoyulmasında, o cümlədən Azərbaycan Tibb Universitetinin yeni tədris korpuslarının, Naxçıvan Muxtar Respublikasında bir neçə səhiyyə ocağının, eləcə əsaslı yenidənqurma işlərindən sonra Respublika Diaqnostika Mərkəzinin açılışında şəxsən özü iştirak edib.

"Həkim olmaq təkcə peşə deyil, bu, ali bir missiyadır. İnsan həyatını xilas etmək, onu qorumaq - bu, ən müqəddəs vəzifədir" söyləyən Ulu Öndər səhiyyə işçilərinin fəaliyyətinə hər zaman yüksək dəyər verərək onların cəmiyyətin sağlamlığının qorunmasındakı rolunu xüsusi vurgulayırdı. Heydər Əliyev bir çox çıxışında həkimlərin məsuliyyətini yalnız peşə borcu ilə deyil, həm mənəvi vicdani vəzifə kimi xarakterizə edirdi: "Sizin peşəniz elə bir peşədir ki, hər bir insan üçün vacibdir dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir".

Heydər Əliyevin səhiyyə sahəsinə dərindən bağlılığının daha bir danılmaz səbəbi var - onun ömür-gün yoldaşı, tanınmış alim-oftalmoloq Zərifə Əliyeva. Zərifə xanım oftalmologiya sahəsində SSRİ miqyasında ilk kompleks elmi araşdırmalar aparan alim kimi tanınırdı. Onun əsərləri iqlim, istehsalat texniki faktorların insan gözünə təsirinin elmi təhlili baxımından əvəzsizdir. 170-dən çox elmi məqalə, 12 monoqrafiya müəllifi olan Zərifə xanımın nailiyyətlərini Heydər Əliyev hər zaman yüksək qiymətləndirirdi, onunla fəxr edirdi. SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmiş ilk azərbaycanlı qadın oftalmoloq olan Zərifə xanımın elmi fəaliyyəti Azərbaycanda oftalmologiya sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onun təşəbbüsü rəhbərliyi ilə bir sıra müəssisələrdə göz xəstəliklərinin erkən diaqnostikası profilaktikası məqsədilə xüsusi kabinetlər yaradıldı.

Heydər Əliyev hər zaman Zərifə xanımın elmi uğurlarına qürurla yanaşaraq, onun əzmini, zəhmətini müdrikliyini ictimaiyyətə bir örnək kimi təqdim edirdi. Çünki Zərifə xanımın uğurları təkcə onun ailəsi üçün deyil, bütün Azərbaycan üçün qürur mənbəyi idi.

Heydər Əliyevin milli səhiyyə siyasəti onun müəyyən etdiyi sosialyönümlü dövlət quruculuğu strategiyasının ayrılmaz tərkib hissəsi olaraq, bu gün uğurla davam edir. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi səhiyyə siyasətini dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirir. Ölkədə səhiyyənin rəqəmsallaşdırılması, icbari tibbi sığortanın tətbiqi, regionlarda yüksəksəviyyəli tibb mərkəzlərinin yaradılması əhalinin bütün təbəqələrinin tibbi xidmətə əlçatanlığının artırılması bu strategiyanın yeni mərhələdə reallaşmasıdır.

Bununla yanaşı, Heydər Əliyev Fondu xəstələrin birbaşa qayğı mərkəzinə çevrilib. Fondun həyata keçirdiyi minlərlə əməliyyat, müalicə humanitar layihə Heydər Əliyev irsinin təkcə siyasi deyil, həm mənəvi gücünü göstərir. Ümummilli Liderin özünün dediyi kimi: "Biz elə bir dövlət qurmalıyıq ki, burada hər bir insanın sağlamlığı dövlətin qayğısı altında olsun. Sağlam xalq güclü dövlətin təməlidir".

 

Afət HƏSƏNOVA,

tibb üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2025.- 9 may (№94).- S.10.