Tarixin
axarına yeni başlanğıc verən
ZƏFƏR
Azərbaycanın
şərəf və
qürur tarixi: Şanlı Zəfər-
5 il
Bəşəriyyətin tarixi təcrübəsi belə bir həqiqəti
təkrar-təkrar təsdiqləyib
və bu gün də sübuta yetirməkdədir
ki, milli dövlətçiliyin sabitliyi
və möhkəmliyi
lider faktorundan birbaşa asılıdır.
Yalnız icmanı milli dövlət quruculuğu səviyyəsinə
yetirərək millətə,
onun nailiyyətlərini
tarixi qələbələrə
çevirməyə qadir
güclü və istedadlı liderlərə
malik cəmiyyətlərdə
milli dövlətçiliyin
sabitliyi, möhkəmliyi
təmin edilə bilər.
Azərbaycanın ən
yeni tarixinin təhlili müstəqil milli dövlətçiliyimizin
möhkəm təməlinin
məhz 1993-cü ildə
qoyulduğunu göstərir.
Bu dövr yeni siyasi elitanın
idarəçilik potensialı
sayəsində əvvəlki
hakimiyyət dairələrinin
dövlətin mahiyyəti
və beynəlxalq mövqeyi barədə qeyri-sabit və anarxik baxışlarının
əvəz olunması
ilə xarakterizə olunmuş, müstəqil dövlətimizin formalaşması,
institusional möhkəmlənməsi,
dayanıqlı inkişafı
və sosial-iqtisadi tərəqqisinin təminində
həlledici əhəmiyyət
kəsb etmişdir.
Bu baxımdan
XXI əsrdə Azərbaycanın
milli dövlətçilik
sistemi - azərbaycançılıq
ideyasını strateji
xəttə çevirən,
insan hüquq və azadlıqlarını
təmin edən, davamlı iqtisadi yüksəlişi reallaşdıran
və ictimai tərəqqini gerçəkləşdirən
iki liderin - xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin və Ulu Öndərin strateji inkişaf kursunu uğurla davam etdirərək dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlıdır. Bu böyük şəxsiyyətlərin
müəllifi olduqları
dövlətçilik modeli
həm milli identiklik, həm də universal dəyərlərin sintezində
formalaşaraq müasir
dövrün tələblərinə
cavab verən inkişaf istiqamətini müəyyənləşdirir.
Azərbaycanın 1993-cü ildən sonra qısa müddət ərzində keçdiyi inkişaf yolu, əldə etdiyi mühüm nəticələr
və 2003-cü ilə
qədərki on il ərzində özünü doğrultmuş
strateji inkişaf xəttinin gələcəkdə
də davam etdirilməsi zərurəti
Ümummilli Liderin xalqımıza 1 oktyabr
2003-cü il tarixli müraciətində dəqiq
əsaslandırılmışdır.
Ulu Öndərin
1 oktyabr müraciətində
dövlətimizin getdikcə
öz müdafiə qabiliyyətini artırdığı,
hərbi cəhətdən
gücləndiyi, Milli
Ordumuzun qabaqcıl təcrübə və texnologiyalara yiyələndiyi,
gənclərimizin həvəslə
xidmətə getdikləri
qeyd edilir, bildirilirdi ki, bütün bunlar asan başa gəlməmişdir. "Keçən
dövrdə biz Sizinlə birlikdə həm daxildən, həm də xaricdən qaynaqlanan nə qədər təhlükəli irticanın,
təxribatın və
digər anti-Azərbaycan
aksiyalarının qarşısını
almışıq, nə
qədər çətinliklərə
sinə gərmişik.
Siz bunları çox yaxşı bilirsiniz".
Müstəqil dövlətimizin
memarı və qurucusu Ulu Öndər
Heydər Əliyevin böyük inam və ümidləri işığında 2003-cü ilin 15 oktyabrında xalqın yekdil dəstəyini qazanaraq Azərbaycan Respublikasının
Prezidenti seçilmiş
cənab İlham Əliyev ölkəmizi tarixdəki bu ən yüksək mövqeyinə yüksəltməyə
dövlətə rəhbərliyinin
ilk ilindən, ayından, həftəsindən,
gün və saatlarından da deyil, hətta ilk dəqiqələrindən
başlamışdı.
O, hələ andiçmə
mərasimində böyük
hədəflərə doğru
yolu aydın nişan verərək tarixin ən qüdrətli Azərbaycanını
xəyallarında yaşadan
hər kəsdə bu strateji yolda
birgə, çiyin-çiyinə
irəliləməyə, amallarından
dönməməyə, nəticələrin
mütləq arzuladığımız
kimi olacağına əminlik yaradırdı.
Həmin andiçmə
mərasimindəki çıxışın
mətnini illər sonra tarixçi nəzəri ilə yenidən gözdən keçirdikcə, hər cümləsi üzərində
düşündükcə, təxminən 22 il əvvəl səsləndirilmiş
o kəlmələrlə müasir
reallıqlar arasında
paralellər apardıqca
əmin olursan ki, cənab İlham Əliyev o zaman Azərbaycan xalqı qarşısında
sadəcə and içmirmiş, 22 il ərzində tarixin ən qüdrətli Azərbaycanına gətirib
çıxaracaq böyük,
çətin və əzab-əziyyətli, amma
şərəf və
qürur dolu yolun dəqiq strateji xəritəsini təqdim edirmiş.
Cənab İlham
Əliyev 22 il əvvəl səsləndirdiyi
bütün sözləri,
verdiyi bütün ümidləri bu illərdə ona inanan, ardınca addım-addım milli məqsədlərə doğru
irəliləyən milyonlarla
vətəndaşımızla birgə reallığa çevirdi.
Dövlətimizin yeni
lideri belə bir zərurəti diqqətə çatdırırdı
ki, Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri
həll etmək iqtidarında olmalıdır.
Azərbaycan Prezidenti düşüncələrindəki belə bir ordunu
qurmağı bacardı.
Azərbaycan Ordusunu hərbi qüdrətinə,
maddi-texniki təchizatına,
döyüş ruhuna
görə dünyanın
ən güclü orduları cərgəsində
qərarlaşdırdı. Dövlətimizin istiqlalı,
bütövlüyü, suverenliyi,
milli maraqları, xalqımızın qürur
və ləyaqəti naminə bu ordunun sıralarında göz qırpmadan canını fəda etməyə hazır olan vətənpərvər
bir nəsil yetişdirdi.
Müzəffər Ali
Baş Komandan 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında ordumuzun
gücü ilə əldə etdiyimiz şanlı Qələbəyə,
Azərbaycanın ərazi
bütövlüyünün, suverenliyinin bütün dünyada - hətta Ermənistanda da qəbul edilməsi faktına qədər bu mövqeyindən bir addım da olsun geri
çəkilmədi. Həyata
keçirdiyi siyasəti,
diplomatiyanı, strateji
gedişləri məhz
belə bir haqlı mövqe, belə bir aydın
həqiqət ətrafında
qurdu.
İllərlə Azərbaycana
və dövlət rəhbəri kimi şəxsinə yönələn
təzyiq və təhdidlər onun qətiyyətini sarsıda
bilmədi. Və cənab İlham Əliyev dövlətimiz,
xalqımız adına
istədiyinə nail oldu, illərdən bəri bizə ağır faciələr,
itkilər yaşatmış,
inkişaf yolumuzda ən böyük əngəl olmuş problemin gələcək nəsillərə "miras"
qalmasına, onların
da ömrünü zəhərləməsinə imkan
vermədi.
Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də - Azərbaycan
Respublikasının Prezidenti
seçilməsinin ildönümü
günü Xankəndi,
Xocalı, Əsgəran,
Xocavənd və Ağdərə şəhərlərində
Dövlət bayrağının
ucaldılmasını həyata
keçirərək Azərbaycanın
ərazi bütövlüyünün
rəmzi təsdiqini verdi.
2023-cü il noyabrın
8-də Xankəndi şəhərində
Vətən müharibəsində
əldə edilən Zəfərin üçüncü
ildönümü münasibətilə
hərbi parad keçirildi. Prezident İlham Əliyev çıxışında bildirdi:
"Bu günü bizə bəxş edən Müzəffər
Silahlı Qüvvələrimiz
döyüş meydanında
cəsarət, qəhrəmanlıq
və fədakarlıq
nümayiş etdirərək
düşməni əzəli
torpaqlarımızdan qovmuşdur.
Bu, Azərbaycan xalqının tarixində
mühüm tarixi hadisədir".
Bu möhtəşəm
Zəfərin qazanılmasına
görə Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinə,
son onilliklərdə Ali Baş Komandanın
rəhbərliyi ilə
həyata keçirilən
ordu quruculuğuna və sosial-iqtisadi sahələrdə, xarici siyasətdə əldə
etdiyimiz uğurlara, cəmiyyətimizdəki milli
birlik və vətəndaş həmrəyliyinə,
ən mühümü
isə Ulu Öndərin, Azərbaycan
Prezidentinin yetişdirdiyi
vətənpərvər nəslin
Vətən və dövlət sevgisinə, igidliyinə, cəsurluğuna
borcluyuq.
Qarabağı, Şərqi
Zəngəzuru müharibə
gedişində cəbhəyə
könüllü getmək
üçün səfərbərlik
idarələrinə axışan,
döyüş meydanında
misilsiz igidliklər göstərərək qisasımızı
qiyamətə qoymayan
bu igidlərimiz azad etdilər. Qələbədə Azərbaycan
cəmiyyətindəki milli
birliyin, ölkəmizin
döyüş meydanındakı
hərbi əməliyyatlara
paralel şəkildə
apardığı informasiya
savaşına töhfə
verən insanlarımızın
vəhdətinin çox
mühüm rolu oldu.
Ali Baş Komandanın hər qələbə müjdəsinin
cəmiyyətdə yaratdığı
coşqu, Qələbə
sevincini küçələrdə
bayram edən insanların ovqatı, xalq-ordu birliyi bundan sonra da
əsrlər boyu milli yaddaşımızda
yaşayacaq və nə qədər böyük ruha malik bir xalq
olduğumuzu daim bizə xatırladacaq.
Bu Zəfər
ordumuzun qüdrətini
bütün dünyaya
göstərdi, sıldırım
qayalardan dırmanaraq yüngül silahlarla düşmənin tankının,
topunun üstünə
atılan əsgər
və zabitlərimizin
qəhrəmanlığı, həyata keçirdikləri
heyrətamiz döyüş
əməliyyatları dünyanın tanınmış
hərbi məktəblərinin
tədris proqramlarına
daxil edildi.
Vətən müharibəsi
gedişində Ermənistan
tərəfinin tutduğu
əlverişli coğrafi
mövqeyə və mürəkkəb relyef şəraitinə malik olmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin qarşısında
tab gətirə bilməməsi onun hərbi-siyasi iflasını
bir daha təsdiqlədi. Müharibə
dövründə 10 mindən
çox erməni əsgər və zabitinin fərarilik edərək döyüş
meydanını tərk
etməsi, bunun müqabilində Azərbaycan
Ordusunda bircə fərarilik faktının
da olmaması, Azərbaycan və Ermənistan orduları arasındakı fərqi, Ermənistan ordusunun mənəvi-psixoloji durumunun
zəifliyini, döyüş
əzminin olmamasını
və onun hərbi strukturlarının
dağılmasını açıq
şəkildə nümayiş
etdirdi. Əksinə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi
heyəti müharibənin
bütün mərhələlərində
yüksək qəhrəmanlıq
və fədakarlıq
göstərərək ölkənin
ərazi bütövlüyünü
bərpa etməyə
nail oldu, bununla da tarixi
ədalətin bərpasına
töhfə verdi.
Düşmənin 30 il ərzində möhkəmləndirdiyi hərbi
istehkamların Azərbaycan
əsgərinin canı
və qanı bahasına yarılması,
minlərlə hərbçimizin
şəhidlik zirvəsinə
ucalması və qazilərimizin göstərdiyi
igidlik müasir Azərbaycan tarixində mətinlik, yenilməzlik və qəhrəmanlıq
nümunəsi kimi əbədi yaddaşlarda qalacaqdır.
Vətən müharibəsi
həmçinin erməni
faşizminin mahiyyətini
beynəlxalq ictimaiyyətə
bir daha nümayiş etdirdi. Ermənistan döyüş
meydanında məğlubiyyətə
uğradıqca, beynəlxalq
humanitar hüquq normalarını pozaraq insanlığa qarşı
ən ağır cinayətlərə əl
atmışdır. Qadağan
olunmuş silahların
və ballistik raketlərin tətbiqi ilə Azərbaycanın şəhər və kəndlərinə müntəzəm
hücumlar edilmiş,
dinc əhali hədəfə alınmışdır.
Lakin bu təxribatların qarşısı
Azərbaycan Silahlı
Qüvvələrinin Ali
Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi
altında alınmışdır.
Vətən müharibəsi
ilə Azərbaycan
XXI əsrin innovativ müharibəsini apardı,
hərbi əməliyyatlar
gedişində Azərbaycanın
Gəncə, Bərdə,
Tərtər, Mingəçevir
kimi şəhərlərini,
dinc əhalinin sıx yaşadığı
əraziləri uzaqvuran
raketlərlə atəşə
tutub mülki vətəndaşlarımızı qətlə yetirmiş Ermənistandan fərqli olaraq, beynəlxalq konvensiyaların tələblərinə
riayət edərək
müasir silahlarla ancaq legitim hərbi
hədəflərə yönəldi,
düşmən tərəfdən
heç bir mülki əhaliyə xətər toxundurmadı.
Eyni zamanda Ermənistanın BMT tərəfindən
tanınmış suveren
ərazilərini tutmaq
üçün hər
cür imkan və şəraitə malik olduğu halda hərbi əməliyyatların bu ölkənin ərazisinə
keçməsinə imkan
vermədi. Rəsmi İrəvanın və Ermənistanın havadarlarının
bu məqsədlə cəhd göstərdikləri
ardıcıl təhrikedici
təxribatlara rəğmən
Vətən müharibəsini
ancaq Azərbaycanın
suveren ərazilərində
apardı, torpaqlarımız
işğaldan azad edildikdən, əsgər və zabitlərimiz öz sərhədlərimizdə
yerləşdikdən sonra
bütün hərbi əməliyyatlar da dayandı.
Vətən müharibəsi
zamanı Azərbaycanın
haqq işinə qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi
daim xüsusi qeyd edilməlidir. Müharibə dövründə
bəzi xarici dövlətlərdə erməni
lobbilərinin təsiri
altında fəaliyyət
göstərən siyasi
dairələr Ermənistanın
işğalçılıq siyasətinə haqq qazandırmağa çalışır,
ölkəmizə qarşı
qeyri-obyektiv mövqe sərgiləyirdilər. Belə
bir şəraitdə
Türkiyənin prinsipial
dəstəyi diplomatik
müstəvidə mühüm
əhəmiyyət daşıdı.
Türkiyə rəsmilərinin
bəyanatları, Türkiyə
mediasının cəbhə
bölgəsindən yayımladığı
materiallar qlobal miqyasda obyektiv informasiya mühitinin formalaşmasına mühüm
töhfə verdi.
Döyüş meydanının
diplomatik cinahında isə cənab İlham Əliyev illərlə dünyanın
gözünə üfürülən
erməni yalanlarını
faş etdi, xarici kütləvi informasiya vasitələrinə
verdiyi çoxsaylı
müsahibələrlə Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü,
rəsmi İrəvanın
təxminən 30 ilə
qədər yürütdüyü
işğalçılıq siyasəti, törətdiyi
hərbi cinayətlər,
bütün regionun təhlükəsizliyi üçün
yaratdığı ciddi
təhdidlər, işğal
altındakı torpaqlarımızda
illərlə həyata
keçirilmiş vandalizm
aktları barədə
həqiqətləri dünyaya
çatdırdı. Bu
müsahibələrlə informasiya
məkanında da düşmənin yalan üzərində qurulmuş
təbliğat maşınına
ağır zərbə
vurdu.
2021-ci il fevralın
26-da Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş geniş mətbuat konfransında səsləndirilən,
tarixi reallıqlara, beynəlxalq hüquq normalarına və ədalət prinsipinə əsaslanan məntiqi arqumentlər dünyanın
aparıcı kütləvi
informasiya vasitələrinin
diqqət mərkəzinə
çevrildi, qlobal media məkanında əsas xəbər başlıqları kimi yayıldı. Bu çıxış vasitəsilə
Azərbaycan həqiqətləri
beynəlxalq ictimaiyyətə
geniş şəkildə
çatdırıldı.
Bu baxımdan tarixi Zəfərimizin dəyəri onun həm də informasiya savaşında qazanılmasındadır. Azərbaycanın
milli maraqlarını
daim hər şeydən öndə tutan Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya məkanında, informasiya savaşında da Zəfərimizi təmin etdi, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz döyüş
meydanında da, informasiya məkanında da, siyasi müstəvidə
də Qələbə
qazandıq.
Bu böyük
dövlət adamının
Azərbaycan adına son bir neçə
ildə əldə etdiyi nəticələrin
mahiyyətinə diqqət
yetirdikdə, həmin
nailiyyətlərin bu
qədər çevik
şəkildə - qısa
zaman ərzində qazanıldığına bəzən
heyrətlənənlər də olur. Lakin
son illərin bu parlaq uğurlarına
fokuslanarkən, onlara gətirib çıxarmış
hazırlıq proseslərinin
mükəmməlliyini də
nəzərdən keçirərkən
fərq edirsən ki, bu proseslərin
heç biri qısa zamanda və asanlıqla baş verməyib, hər birinə illərin, onilliklərin zəhməti sərf olunub.
8 avqust 2025-ci ildə
Vaşinqtonda, Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və
Ermənistanın Baş
naziri Nikol Paşinyanla Birgə Bəyannamə imzaladı
və Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi paraflandı. Azərbaycanla Ermənistan
arasında uzun illərdən sonra əbədi sülhün əldə olunmasına, bölgəmizdə bütün
tərəflər üçün
qarşılıqlı əməkdaşlıq,
dayanıqlı inkişaf
mühitinin yaranmasına,
bu torpaqlarda yaşayan insanların rifah və xoşbəxtliyinə
yol açan belə mühüm addımla Cənubi Qafqazda yeni strareji
dövr başlandı.
8 avqust 2025-ci ildə Ağ Evdə dövlət rəhbərimizin
iştirakı ilə
baş verən və qəlbi Vətənə bağlı
bütün dünya azərbaycanlılarını qürurlandıran
o unudulmaz anlar da, əslində, illərlə düzgün
görülmüş işlərin,
düzgün atılmış
strateji addımların,
düzgün hesablanmış
qərarların məntiqi
nəticəsidir.
Ağ Evdəki
o anların ilk epizodları çox-çox
əvvəldən - cənab
İlham Əliyevin
2003-cü ilin 31 oktyabrında
ilk dəfə Azərbaycan Respublikasının
Prezidenti kimi and içdiyi dəqiqələrdən, ondan
da əvvəl xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin 2003-cü ilin Prezident seçkisi ərəfəsində xalqımıza
1 oktyabr 2003-cü il tarixli məşhur müraciətindən başlanır.
Bu müraciət və Azərbaycan Prezidentinin andiçmə
mərasimindəki həmin
çıxışı dövlətimizin
Azərbaycanın milli
dövlətçilik tarixində
məzmun etibarilə heç bir dövrlə müqayisəyə
gəlməyəcək böyük
bir strateji mərhələnin başlanğıcıdır.
Bir sözlə,
Qalib Sərkərdə,
Müzəffər Ali
Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz
görünəni reallaşdırdı.
Onun həyat amalı da məhz
xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim
xoşbəxt görməkdir.
O, prezidentlik fəaliyyəti
dövründə böyük
güclərin hər
cür təhdid və təzyiqlərinə
rəğmən bütün
çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Məhz nadir tarixi şəxsiyyət
İlham Əliyevin sağlam və uzaqgörən siyasəti
nəticəsində ilk
dəfə idi ki, xalqımız tarixdə son ikiəsrlik dövr ərzində qalibiyyəti
yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini
qorudu və öz suverenliyini tam bərpa etdi. Beləliklə, Prezident İlham Əliyev ideal liderlik nümunəsi göstərərək öz
xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın,
nə olursa olsun öz haqlı
və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla
geri dönməməyin
düsturunu yaratdı.
Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana
biləcək şərəfli
tarixi dövrü yaşayır.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini,
tarix üzrə
fəlsəfə doktoru,
dosent
Azərbaycan.-2025.-
8 noyabr (№239).- S.13.