Yüksək nüfuza
malik lideri olan dövlət
Dünya Azərbaycanı belə
tanıyır
Prezident İlham Əliyev
son həftələrdə bir neçə beynəlxalq tədbirdə
iştirak edib. Belə ki, dövlətimizin
başçısı bu
müddətdə Çində
Şanxay Əməkdaşlıq
Təşkilatının Sammitində,
ABŞ-də BMT Baş
Assambleyasının 80-ci sessiyasında,
Danimarkada "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında
iştirak edib, müxtəlif görüşlər
keçirib. Həmçinin
son həftələrdə Birləşmiş Ərəb
Əmirlikləri, Ruanda və
İtaliyanın prezidentləri
respublikamıza səfər
ediblər.
Azərbaycanla əlaqələrin
genişləndirilməsini cəlbedici edən faktorlar
Dövlətlərin və onlara rəhbərlik edən şəxslərin
nüfuzu yürütdükləri
siyasətin məzmunu
ilə ölçülür.
Bu siyasət qətiyyətli
olanda həm dövlət, həm də onun lideri
beynəlxalq səviyyədə
ehtiramla, hörmətlə
qarşılanır. Güclü
liderlərin dövlətlərin
taleyindəki tarixi xidmətləri barədə
çoxsaylı misal göstərmək mümkündür.
Çağdaş siyasətdə
isə bunun ən böyük nümunələrindən biri
Azərbaycan Prezidenti
İlham Əliyevin fəaliyyəti
və ona göstərilən yüksək
beynəlxalq ehtiramdır.
Əvvəldə qeyd etdiyimiz və hər biri mühüm
siyasi hadisə olan beynəlxalq tədbirlərin ortaya qoyduğu əsas həqiqətlərdən biri
Prezident İlham Əliyevin
və Azərbaycan dövlətinin qlobal səviyyədə malik olduğu
yüksək nüfuzdur.
Azərbaycan Şanxay
Əməkdaşlıq Təşkilatının
üzvü olmasa da, dövlətimizin başçısı
Çin Xalq Respublikasının Sədri
Si Cinpinin dəvəti
ilə bu qurumun sammitində iştirak etdi. Habelə Prezident İlham Əliyevin Avropa ölkələri arasında
ən yüksək səviyyədə siyasi və strateji müzakirələr üçün
yaradılmış əlaqələndirmə
platforması olan
"Avropa Siyasi Birliyi"nin Zirvə toplantılarında iştirakı hər
zaman böyük maraqla
izlənilir. Dövlət
başçısının regional və qlobal proseslərə baxışı,
dünyanı düşündürən
aktual məsələlərə
dair mövqeyi həmişə diqqət
mərkəzində olur.
Prezident İlham Əliyev
"Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında Danimarkanın
Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının prezidenti
Antonio Koştanın dəvəti
ilə iştirak etdi.
Avropadakı ümumi
təhlükəsizlik vəziyyətinin,
Rusiya-Ukrayna müharibəsinin,
iqtisadi təhlükəsizlik,
miqrasiya, ənənəvi
və hibrid təhlükələr kimi
mövzuların müzakirə
olunduğu Zirvə toplantısında Prezident
İlham Əliyev bir neçə dövlət
və hökumət başçısı ilə
görüşüb. Bu görüşlər
əsasən qarşı
tərəflərin müraciəti
əsasında baş
tutub ki, bu da bir daha Azərbaycan
Prezidentinin Avropa liderləri arasındakı
yüksək nüfuzunun,
dövlətimizin başçısına
göstərilən böyük
hörmətin və xüsusi dəyərin göstəricisidir. Bu görüşlərin
hər biri obyektiv reallıqlara əsaslanır. Bunlar Azərbaycanın yalnız
regionda deyil, dünyada gedən proseslərdə fəal iştirakı, Avropanın
enerji təhlükəsizliyinə
verdiyi töhfələr,
dost dövlətlərə arxa-dayaq olması, qətiyyətli və müstəqil siyasət yürütməsi kimi mühüm amillərdir.
Bu isə Azərbaycanla
əlaqələrin və
əməkdaşlığın genişləndirilməsini bir
çox dövlət
üçün daha
da cəlbedici edir.
Orta dəhlizin
uğur qazanmasında
Azərbaycanın rolu
böyükdür
Azərbaycanı dünyaya
tanıdan ən mühüm faktorlardan biri respublikamızın hər zaman tərəfdaşlığa
sadiq olması, dünyada və regionda əməkdaşlığın
daha da inkişafına
xidmət edən tədbirləri həyata keçirməsidir. Dövlətimizin
başçısının iştirak etdiyi beynəlxalq tədbirlərin,
o cümlədən ayrı-ayrı
dövlət başçılarının
ölkəmizə səfərlərinin
də ortaya qoyduğu ən böyük həqiqətlərdən
biri Azərbaycanın
etibarlı tərəfdaş
kimi tanınması və əməkdaşlığa
verdiyi töhfələrdir.
Bu baxımdan respublikamızın
təşəbbüsü ilə reallaşan enerji layihələrini xüsusi qeyd etmək lazımdır. Bu
layihələr regionda
və Avropada ayrı-ayrı dövlətlərin
enerji təhlükəsizliklərini
təmin etməklə
yanaşı, onlar arasındakı siyasi əlaqələri və müxtəlif sahələrdəki
əməkdaşlığı da gücləndirir. Cənubi
Qafqazdan Avropaya qədər uzanan bu enerji dəhlizi
öz ətrafında
Azərbaycan, Türkiyə,
Gürcüstan, Bolqarıstan,
Yunanıstan, Albaniya, İtaliya, Rumıniya, Macarıstan kimi dövlətləri, o cümlədən
Avropa İttifaqını
birləşdirir. Bu da onu
göstərir ki, Azərbaycan
"Cənub qaz dəhlizi" kimi nəhəng bir enerji infrastrukturunun müəllifinə çevrilməklə
yanaşı, həm də beynəlxalq əməkdaşlığın unikal bir modelini
təqdim edib. "Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə
enerji təhlükəsizliyi
və əməkdaşlıq
layihəsidir. Çünki
"Cənub qaz dəhlizi"nin keçdiyi
marşrut boyunca yerləşən bütün
ölkələr arasında
əməkdaşlıq olmasa,
bu layihənin həyata keçirilməsi
mümkün olmazdı",
- deyə Prezident
İlham Əliyev bildirib.
Qeyd edək
ki, "Cənub qaz dəhlizi" formatında
əməkdaşlığın nəticəsidir ki, hazırda
Azərbaycanın təbii
qazı 10 Avropa dövlətinə ixrac olunur ki, onlardan da 8-i Avropa İttifaqının
üzvüdür.
Enerji layihələri
ilə yanaşı, Azərbaycanın təşəbbüsləri
həm də nəqliyyat dəhlizlərinin
inkişaf etdirilməsi
sahəsində regional və
beynəlxalq əməkdaşlığı
stimullaşdırır. İndiyə
qədər respublikamızda
həm "Şərq-Qərb",
həm də "Şimal-Cənub" marşrutları
üzrə çoxsaylı
nəqliyyat layihəsi
icra olunub. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsini, logistika
imkanlarının genişləndirilməsini
də xüsusi vurğulamalıyıq. Azərbaycanın
nəqliyyat sferasında
layihələri həm
də regionda nəqliyyat dəhlizlərinin
inkişafını stimullaşdırır.
Təsadüfi deyil
ki, Orta dəhlizin qlobal rəqabətdə fərqlənməsi, özünü
çevik nəqliyyat
marşrutu kimi göstərməsi məhz
Azərbaycanın sayəsində
mümkün olmuşdur.
Orta dəhlizin daha səmərəli nəqliyyat marşrutuna çevrilməsində Azərbaycanın
oynadığı fəal
rol Avropadan Çinə qədər etiraf olunmaqdadır. Azərbaycanın Avrasiyada
nəqliyyat sahəsində
yeni əməkdaşlıqların formalaşmasına verdiyi töhfələr misilsizdir.
Dövlətlərə beynəlxalq
münasibətlər sistemində
göstərilən münasibət,
malik olduqları nüfuz,
onların regionda və dünyadakı mövqeyi, həyata keçirdikləri siyasət
ilə sıx əlaqəlidir. Bu baxımdan
Azərbaycanın nüfuzu,
ayrı-ayrı dövlətlərin
respublikamızla əlaqələrin
inkişafına göstərdikləri
böyük maraq mühüm siyasi-iqtisadi faktorlara əsaslanır.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2025.- 5 oktyabr
(№ 214).- S.2.