Masallı rayonunun Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraq
avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Səkkiz min
nəfər əhalinin
yaşadığı 5 yaşayış
məntəqəsini birləşdirən
Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraqavtomobil
yolunun əsaslı təmiri məqsədilə
Azərbaycan Respublikası
Prezidentinin 2025-ci il 10
yanvar tarixli 445 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının 2025-ci il
dövlət büdcəsində
dövlət əsaslı
vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş
məbləğin ilkin
olaraq 1,5 milyon (bir milyon beş
yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
bu Sərəncamın
1-ci hissəsində göstərilən
avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri
olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi
layihəsində dövlət
əsaslı vəsait
qoyuluşu xərclərinin
bölgüsündə nəzərdə
tutsun.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 sentyabr 2025-ci il
Azərbaycan.-2025.- 12 sentyabr
(№194).- S.2.