Prezident
İlham Əliyev Gəncə şəhər
stadionunun açılışında
iştirak edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 27-də
Gəncə şəhər
stadionunun aşılısında
iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısına stadion
barədə məlumat
verildi.
Bildirildi ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı
tutumu 15 min 343 nəfərdir. Ərazidə
AFFA tərəfindən köməkçi
məşq meydançaları
və futbol akademiyasının binası
tikilib. Stadionda futbolçular üçün
soyunub-geyinmə, konfrans,
tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın
4-cü kateqoriya standartlarına
uyğun inşa edilən arena müasir işıqlandırma,
səs, yayım, internet, təhlükəsizlik
sistemləri ilə təchiz olunub.
Qeyd edək ki, Prezident İlham
Əliyev 2023-cü ilin
oktyabrında stadionun tikintisi ilə bağlı Sərəncam
imzalayıb. Onun təməli isə ötən ilin aprelində dövlətimizin
başçısı tərəfindən
qoyulub. Bu ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunu getdikcə möhkəmləndirən Azərbaycanın bölgələrində bu sahənin inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir. Son illərdə regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbər idman yarışlarına ev sahibliyi etməklə, özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Belə müasir idman arenalarının istifadəyə verilməsi ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədə də istər yerli, istərsə də beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Azərbaycan.-2025.- 28 sentyabr (№208).- S.3.