Dövlət
və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar
27 Sentyabr – Anım
Günündə Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri
Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri
Bakıdakı Zəfər
parkında olublar.
AZƏRTAC xəbər verir ki, dövlət
və hökumət rəsmiləri xatirə daşının önünə
gül dəstələri
düzərək şəhidlərin
əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Azərbaycan.-2025.-
28 sentyabr (№208).- S.4.