Milli
Məclisin kollektivi Zəfər parkını
ziyarət edib
Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət
Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri,
Aparatın, İşlər
İdarəsinin şöbə
müdirləri və
müavinləri 27 Sentyabr
- Anım Günü münasibətilə Zəfər
parkını ziyarət
ediblər.
Bu barədə
AZƏRTAC-a Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat
verilib.
Bildirilib ki, deputatlar və Milli Məclisin kollektivi Zəfər parkındakı xatirə daşının önünə tər güllər düzüblər, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla anıblar.
Azərbaycan.-2025.- 28 sentyabr (№208).- S.4.