Yeni
Azərbaycan Partiyasının
nümayəndələri Zəfər
parkını ziyarət
ediblər
27 Sentyabr - Anım
Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının
nümayəndələri Bakıda
Zəfər parkını
ziyarət ediblər.
Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı xatirə daşının önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Azərbaycan.-2025.-
28 sentyabr (№208).- S.4.