Çili
senatorları Şuşa
və Xankəndi şəhərlərində olublar
Çili Respublikası
Milli Konqresi Senatının nümayəndə
heyəti ölkəmizə
səfəri çərçivəsində
sentyabrın 27-də Şuşa
və Xankəndi şəhərlərinə səfər
edib.
Bu barədə
AZƏRTAC-a Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat
verilib.
Xankəndiyə çatan
senatorlar saat 12-də burada Vətən uğrunda canlarından keçən şəhidlərimizin
əziz xatirəsini 1
dəqiqəlik sükutla
yad ediblər.
Oradan Şuşaya
gələn Çili
parlamentarilərini Şəhər
Meydanında Şuşa
Şəhər Dövlət
Qoruğu İdarəsinin
əməkdaşları qarşılayıblar.
Şuşa ilə
tanışlıq Şəhər
Meydanından başlayıb.
Senatorlara burada qoyulmuş Azərbaycanın
görkəmli mədəniyyət
xadimləri Xurşidbanu
Natəvanın, Bülbülün,
Üzeyir Hacıbəylinin
heykəllərinin işğal
dövründə ermənilər
tərəfindən güllələnməsi
barədə məlumat
verilib.
Sonra qonaqlar Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr ediblər, İsa bulağına baş çəkiblər,
Cıdır düzünə
qalxıblar. Cıdır
düzünə gələn
qonaqlara Cıdır düzünün tarixi əhəmiyyəti, 44 günlük
Vətən müharibəsində
qəhrəman Azərbaycan
əsgərlərinin sıldırım
qayalarla bu əraziyə qalxaraq canları və qanları bahasına Şuşanı işğaldan
azad etmələri barədə məlumat verilib. Bildirilib ki, bu gün
Cıdır düzü
işğaldan əvvəl
olduğu kimi, möhtəşəm tədbirlərin
keçirildiyi məkana
çevrilib.
Çili senatorları
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərinə səfərləri
çərçivəsində Şuşadan sonra Xankəndi şəhərinə
gəliblər. Senatorları
burada Xankəndi Şəhər Bərpa-Tikinti-İdarəetmə
xidmətinin əməkdaşları
qarşılayıblar. Qonaqlar
Xankəndidə Zəfər
meydanını gəziblər,
şəhərdə Azərbaycan
dövləti tərəfindən
həyata keçirilən
genişmiqyaslı tikinti-quruculuq
işləri ilə tanış olublar.
Diqqətə çatdırılıb
ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri
tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər
öz yurdlarına qaytarılır. İndiyədək
50 mindən çox keçmiş məcburi köçkün doğma
torpaqlarına qayıdaraq,
orada yaşayır, işləyir və təhsil alır.
Senatorlar burada şəhid anaları ilə söhbət ediblər.
Qonaqlar onları
müşayiət edən
media nümayəndələrinə müsahibələr veriblər.
Azərbaycan.-2025.- 28 sentyabr
(№208).- S.5.