Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 SentyabrAnım Günü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, “Bu gün, ölkəmizə qarşı təcavüzə torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötür.

Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan silahlı qüvvələri 30 illik tarixi ədalətsizlik, ərazi bütövlüyümüz, suverenliyimiz beynəlxalq hüququn kobud şəkildə pozulmasına qarşı mübarizəyə qalxdı.

Bu tarix salnaməsinin qəhrəmanları olan Şəhidlərimizin müqəddəs ruhuna dərin ehtiram minnətdarlığımızın təcəssümü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixi hər il ölkəmizdə Anım Günü kimi qeyd olunur.

27 sentyabrAnım Günündə ölkəmizin ərazi bütövlüyü suverenliyi uğrunda canlarından keçən mərd oğul qızlarımızın əziz xatirəsini dərin hörmət ehtiramla yad edir, bu yolda sağlamlıqlarını fəda edən müharibə iştirakçılarına cansağlığı arzulayırıq.

27 sentyabr tarixindən ötən 5 il ərzində postmünaqişə dövrünün yenidənqurma sülh gündəliyi ölkəmiz tərəfindən uğurla irəlilədildi. Bu gün azad olunmuş ərazilərimizə həyat qayıtmaqdadır, işğal təcavüz nəticəsində dağıdılmış şəhər kəndlərimiz ən yüksək dünya standartları ən yeni texnologiyaların tətbiqi ilə yenidən dirçəlir.

Mina təhdidi ilə mübarizə səyləri davam etdirilir, humanitar minatəmizləmə fəaliyyəti, eləcə bu hədənin vətəndaşlarımızın həyat sağlamlığına törətdiyi təhlükə daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Keçmiş münaqişənin sağalmayan yaralarından biri olan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, Ermənistanın təcavüzü zamanı soydaşlarımıza qarşı insanlıq əleyhinə cinayətlər törədənlərin hüquqi məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər postmünaqişə səylərinin ayrılmaz tərkib hissəsi kimi davam etdirilməkdədir.

Ölkəmizin təşəbbüsü, qətiyyəti ilə başladılan irəlilədilən ikitərəfli Azərbaycan-Ermənistan sülh prosesi artıq öz nəticələrini verməkdədir. 44 günlük Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ərəfəsində, 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində keçirilmiş tarixi zirvə görüşü onun nəticəsində ABŞ tərəfinin şahid qismində imza atdığı Azərbaycan-Ermənistan Birgə Bəyannamə, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, eləcə keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi əlaqəli strukturların ləğvi ilə əlaqədar atılan addımlar 30 ilə yaxın davam edən keçmiş münaqişə səhifəsinin birdəfəlik aradan qaldırılması yolunda əhəmiyyətli irəliləyişdir.

Bölgəmizə qeyri-sabitlik faciələr gətirən işğal təcavüzün bir daha yaşanmayacağına zəmanət verəcək sistematik tədbirlərin davam etdirilməsi, xüsusilə ölkəmizin ərazi bütövlüyünə qarşı Ermənistan Konstitusiyasında əksini tapan iddiaların aradan qaldırılması müstəsna əhəmiyyət kəsb edir.

Dayanıqlı sülhə hər zamankından daha yaxın olduğumuz bu dövrdə, sülh gündəliyinin irəlilədilməsi Vətən müharibəsi qəhrəmanlarımızın müqəddəs xatirəsi qarşısında ən böyük borcumuzdur.

27 sentyabrAnım Günündə qəhrəmanlarımızın əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik.

Şəhidlər ölməz, Vətən bölünməz!”.

 

Azərbaycan.-2025.- 28 sentyabr (¹208).- S.5.