Hulusi Kılıç: “27 sentyabr
qürur günü, Azərbaycanın birliyi və sarsılmazlığı
rəmzidir”
27 sentyabr həm
də qürur günü, Azərbaycanın
birliyi və toxunulmazlığı rəmzidir.
Biz öz Vətənlərinin ərazi
bütövlüyü və
suverenliyi uğrunda döyüşmüş minlərlə
qəhrəmanı unutmayacağıq
və unudulmasına da imkan verməyəcəyik.
Bu barədə
AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı
keçmiş səfiri,
Türkiyədə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi
Hulusi Kılıç
deyib.
“44 günlük müharibənin
hər günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb.
Sentyabrın 27-si tarixi
ədaləti bərpa
edən, Azərbaycanın
qüdrətini dünyaya
nümayiş etdirən
Zəfərə aparan
yolda ilk gün oldu. Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin ətrafında
sıx birləşən
xalq uzun müddət davam edən erməni işğalına son qoydu”, - deyə agentliyin həmsöhbəti
Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının dörd
qətnaməsini müstəqil
şəkildə yerinə
yetirdiyini vurğulayıb.
Onun sözlərinə
görə, 27 sentyabr
2020-ci il tarixi həm də ATƏT-in Minsk qrupunun
uğursuz fəaliyyətinin
sonunun başlanğıcı
oldu.
“Azərbaycan anaları
rəşadəti ilə
regionun tarixində yeni səhifə açmış şəhidlərlə
haqlı olaraq fəxr edirlər”, - deyə “İMZA” nümayəndəsi
Vətən müharibəsinin
hər gününün
məktəb dərsliklərində
öz əksini tapmalı olduğuna əminliyini ifadə edib.
Keçmiş səfir
Azərbaycan şəhidlərinin
xatirəsini ehtiramla yad edib, qazilərə
minnətdarlığını bildirib.
“Anım Günündə
mən Türk dünyasının ortaq nailiyyəti olan Vətən müharibəsində
Zəfər qüruruna
görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan Silahlı Qüvvələrinə, bütün
Azərbaycan xalqına
minnətdarlığımı bildirmək istərdim”, - deyə keçmiş səfir bildirib.
H.Kılıç 44 günlük Vətən müharibəsi günləri Türkiyənin Azərbaycana göstərdiyi siyasi, diplomatik, mənəvi və informasiya dəstəyini xatırladıb.
Azərbaycan.-2025.- 28 sentyabr (¹208).- S.5.