Aygün Attar: “Azərbaycanın qəhrəmanları Türk
dövlətlərinin gəncləri
üçün əsl
vətənpərvərlik nümunəsidir”
44 günlük Vətən
müharibəsindəki Zəfər
təkcə Azərbaycan
üçün deyil,
bütün Türk dünyası üçün
tarixi hadisəyə çevrildi. Azərbaycanın
tarixi torpaqlarının
azad edilməsi uğrunda aparılan ədalətli mübarizənin
bütün mərhələləri
öyrənilməli və
beynəlxalq ictimaiyyətə,
o cümlədən Türkiyə
xalqına çatdırılmalıdır.
Bu barədə
AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dostluq,
Əməkdaşlıq və
Həmrəylik Fondunun
(TADİV) sədri, professor
Aygün Attar deyib.
A.Attar Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən Anım Gününün xüsusi
əhəmiyyətini qeyd
edib.
“Hər il Vətən müharibəsinin
başlanmasının ildönümündə
Prezident İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında
birləşən qardaş
ölkənin qəhrəmanlarının
şücaəti barədə
Türkiyə vətəndaşlarını
hərtərəfli məlumatlandırırıq.
Türkiyə ictimaiyyətinin
müxtəlif təbəqələrinin
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyi yolunda göstərdiyi qəhrəmanlığa
maraq ildən-ilə artır. Azərbaycanın
Anım Gününə
həsr olunmuş görüş, yığıncaq,
sərgi və digər tədbirlərdə
iştirakçıların sayı o həddə çatır ki, onları açıq havada keçirməli oluruq”, - deyə professor bildirib.
Fondun rəhbəri
TADIV-in Ankarada Azərbaycanın Anım Günü ilə bağlı təşkil etdiyi tədbirdə Türkiyənin 20-yə yaxın
ictimai təşkilatının
nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırıb.
Türkiyə mediası
da tədbirə fəal maraq göstərib.
Şəhidlərin xatirəsini ehtiramla yad etmək, türk ölkələrində yaşayan gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsinə çevrilmiş qazilərə ehtiram göstərmək hər bir azərbaycanlının borcudur”, - deyə A.Attar əlavə edib.
Azərbaycan.-2025.-
28 sentyabr (¹208).- S.5.