Azərbaycan
seçimini edib: sülh, əmin-amanlıq,
inkişaf
İndi söz gor qonşumuzundur!
Sanki hər şey acılı-şirinli
bir nağıl imiş. Mayası həqiqət, gerçək olan bir həyat hekayəsi. Alnının tərinə, əlinin zəhmətinə güvənən,
çörəyini halallıqla
qazanan qədim bir elin çox
namərd və nankor qonşuları varmış. Sığındıqları
elin süfrəsindən
hər zaman qarın doyursalar da, şüurlarına
hopmuş xislətin diktəsi ilə fürsət yaranan kimi xəyanətlər edir, qırğınlar törədir, günahsız
insanları, sadəcə,
azərbaycanlı olduqlarına
görə qətlə
yetirirdilər.
Tarixin qanlı
səhifələri kimi
yaddaşlara əbədi
həkk olunan Bakı, Şamaxı, Quba, Qarabağ… qırğınlarının dəyişməyən
müəllifləri məhz
ermənilərdir. Azərbaycanın
ən gözəl təbiəti, təmiz havası, saf suyu olan dağlıq
ərazilərində məskunlaşdırılan,
uzun illər dövlətimizin sosial-iqtisadi
imkanlarından gen-bol bəhrələnən ermənilər
o həddə qudurdular
ki, Qarabağı Azərbaycandan
qoparıb "müstəqil
dövlət" qurmaq
niyyətinə düşdülər.
Havadarlarının köməyi
ilə silahlanıb müharibəyə başladılar.
Kəndlərimiz, şəhərlərimiz
odlara qalanıb viran qoyuldu, cənnət Qarabağda, Şərqi Zəngəzurda
daş üstdə daş qalmadı. Bir milyon soydaşımız isti ocağından, doğma ev-eşiyindən
perik salındı. Azərbaycanın bütün
bölgələrinə məcbur
köçkün etiketli
soydaşlarımız səpələndilər.
30 il qaçqın qəsəbələrində,
çadır düşərgələrində,
yük vaqonlarında,
torpaq daxmalarda məskunlaşan insanlar ağır məhrumiyyətlər
yaşadılar, zillət
çəkdilər.
Zülmün də bir sonu, səbrin
də bir həddi olur. İntiqam üçün
30 il gözləməli olduq.
Əlbəttə, xəyallar
qurub mürgüləmədik.
Bu illər ərzində
xalq-dövlət-ordu birliyi
formalaşdı. Dövlət
modern ordu quruculuğunda
arzu olunan hədəflərə çatmaq
üçün heyrətamiz
uğurları gerçəkləşdirdi.
Azərbaycan Silahlı
Qüvvələri NATO standartları
səviyyəsinə çatdırıldı.
Zərgər dəqiqliyi
ilə seçilən
taktika və strategiya verilən qərarın, atılan addımın qələbəylə
sonuclanacağını təmin
etdi. Silahlı Qüvvələrin Ali Baş
Komandanı Ilham Əliyev
Azərbaycan əsgərinin
hünərinə, xalqın
ona olan sonsuz inamına, yenilməz etibarına güvənib hücum əmri verəndə bu anı səbirsizliklə
gözləyən milyonlarla
soydaşımızın ürəyi
eyni ritmlə döyünürdü. Ordu
da, xalq da, ordu-xalq birliyinin fövqündə
dayanan Müzəffər
Ali Baş Komandan
İlham Əliyev də
Qələbəyə köklənmişdilər,
Zəfərə qanadlanmışdılar.
Cəmi 44 gün
davam edən bu müqəddəs savaşın zəfər
dolu hər günü Azərbaycanın
hərb tarixinə qızıl hərflərlə
yazıldı. Şanlı
Azərbaycan Ordusu Qarabağı, Şərqi
Zəngəzuru 30 ilin
işğalından azad
etdi. Darmadağın edilən düşmən
ordusuna təslim olmaqdan başqa yol qoyulmadı. Sinəsinə çalın-çarpaz
dağlar çəkilən
yaralı torpaqlarımızın,
sinəsini düşmən
gülləsinə sipər
edən şəhidlərimizin,
Qarabağ həsrətiylə
ömrə əlvida edən soydaşlarımızın,
ruhlar diyarına çevrilmiş kəndlərimizin,
şəhərlərimizin dağıdılıb yerlə
yeksan edilən tarixi abidələrimizin, düşmənin donuz saxladığı məscidlərimizin,
itirdiyimiz hər şeyin qisasını layiqincə aldıq. Əyilən qamətimiz düzəldi, illərin xəcalət yükündən
xilas olduq. Şükr olsun Yaradana! İndi çox qürurluyuq!
Yaxın keçmişdə
"Qarabağ Ermənistandır.
Nöqtə" deyən
düşmənə "Qarabağ
Azərbaycandır. Nida işarəsi"
cavabını verən
Prezident İlham Əliyev
həmişə olduğu
kimi, yenə də sözünə
sahib çıxdı, Qarabağı
düşmən caynağından
qoparıb Azərbaycanın
ərazi bütövlüyünü
təmin etdi. Dünən döyüş
meydanında, müqəddəs
savaşda tarixi Zəfər qazanan, vətən sevdalı ürəklərdə xilaskar
heykəlini ucaldan Müzəffər Ali Baş
Komandan bu gün müharibənin xarabalıqları üzərində
yeni qurulan, yüksək
zövqlə bərpa
edilən Qarabağın
və Şərqi Zəngəzurun baş memarıdır. Prezident iş qrafikinin gərginliyinə baxmayaraq,
vaxtaşırı bu
ərazilərə səfər
edir, aparılan tikinti, bərpa-quruculuq işləri ilə tanış olur, dəyərli və faydalı məsləhətlər
verir. Dövlətin qayğısı ilə indi Qarabağda, Şərqi Zəngəzurda
xarüqələr yaradılır,
xəyallar gerçəkləşir.
Laçın öz gözəlliyi ilə
"dağ mirvarisi"nə
çevrilib. Şuşada
beynəlxalq tədbirlər
keçirilməsi artıq
ənənə halı
alıb. Xankəndi sürətlə, həm də zövqlə yenidən qurulur. Xocalıya, Cəbrayıla,
Kəlbəcərə normal həyat qayıdır, kənd və şəhərlərə dönüş
gündən-günə sürətlənir.
Əlbəttə, bütün
bunlar çox yaxşıdır, könül
xoşluğudur, yüksək
əhvali-ruhiyyədir. Böyük
inşaat meydanına çevrilmiş Qarabağda
və Şərqi Zəngəzurda tikinti, bərpa, quruculuq işləri bir gün də səngimir və bütün bu işlər Prezidentin şəxsi nəzarətindədir.
Çəkilən yollar
Avropa standartlarından
da üstündür. Artıq
Ağdama sürət
qatarı işləyir.
Füzuli və Laçın hava limanları xarici qonaqları qəbul edir. Yeni layihəyə əsasən, Ağdam möhtəşəm bir şəhər olacaq. Murov dağı dəlib keçən, Kəlbəcərə gedən
yolu yaxınlaşdıran,
dünyanın ən möhtəşəm layihələri
ilə müqayisə
edilən 11 kilometrlik tunel tikintisi başa çatmaq üzrədir. İşğaldan
azad edilmiş ərazilərdə inşa
edilən yeni fabrik və zavodlar, böyük ərazilərdə
salınmış meyvə
bağları, aqroparklar
Qarabağın və
Şərqi Zəngəzurun
iqtisadi potensialını
artırır.
Ürəkaçan, könüloxşayan
möhtəşəm quruculuq
işləri hesabına
yaxın gələcəkdə
regionda həyat firavanlığının, xoş
güzəranın təmin
olunacağına ümidlər
böyükdür. Gündən-günə
vüsət alan bu proses hər kəsdə məmnunluq doğurur. Amma bugünkü
narahat dünyamızda
baş verən təhlükələrdən heç
kim və heç bir ölkə sığortalanmayıb.
Odur ki, Prezident
İlham Əliyevin apardığı
uğurlu xarici siyasətin əsas hədəfi Azərbaycanın
təhlükəsizliyini təmin
etməkdir. Biz müharibənin
ağrı-acılarını yaşamışıq. Kəndlərimiz,
şəhərlərimiz bombalanıb.
Övladlarımız şəhid
olub, mülki vətəndaşlarımız öldürülüb. Çox
şey itirmişik.
İndi gündəm dəyişib.
Dayanıqlı və
etibarlı sülh ən doğru yoldur. Arxada qalan, artıq tarixə çevrilən müharibədə kim nə qazandı?
Bu savaşda biz də, ermənilər də çox şey itirdik. Min bir zəhmətlə tikib-qurduğumuz yurd-yuvamız
dağıldı. Onlar
da uzun illər boyu yaşadıqları evlərini qoyub getməli oldular. Boyunu sevə-sevə böyütdüyümüz oğulları,
onlar da itirdi, biz də. İtirdiklərimizi
sadalasaq, böyük bir siyahı alınar. Biz qalib dövlətik. Barış
üçün ağır
şərtlər də
qoya bilərdik. Amma sülh naminə, xalqımızın humanist xarakteri
naminə bunu etmədik. Əmin-amanlıq
olsun deyə etmədik. İndi dünyanın
fövqəldövləti ABŞ-nin vasitəçiliyi ilə sülhün bir addımlığına
gəlib çıxmışıq.
Təəssüf ki, bu
həssas məqamda da
erməni revanşistləri,
Ermənistanın keçmiş
dövlət başçıları
sərsəm sayıqlamalar
edirlər. Qarabağı
müharibə yolu ilə qaytarmağa çağırışlar səsləndirirlər.
Amma unudurlar ki, onların
"qatar"ı çoxdan
gedib, havadarları da indi öz canı
hayındadır. "Dəmir
yumruq" isə yerindədir.
Fikirlərimizi son günlərin
xoş bir təəssüratı ilə
yekunlaşdırmaq istərdik.
Sentyabrın 23-də BMT Baş
Assambleyasının 80-ci sessiyası
ilə əlaqədar
rəsmi qəbulda
ABŞ Prezidenti Donald Tramp Ermənistan
və Azərbaycan arasında sülhə böyük önəm verərək Azərbaycan
Prezidenti İlham Əliyevə
müraciətlə dedi:
"Mən sizə təşəkkür etmək
istəyirəm, dostum…
Mən sizinlə, həqiqətən, fəxr
edirəm. Siz çox gözəl insansınız".
Şərhə ehtiyac varmı? İndi seçim
sizindir, gor qonşularımız: sülhmü
istəyirsiniz, yoxsa savaşmı?
Lazım QULİYEV,
Azərbaycan.-2025.-
28 sentyabr (№208).- S.7.