Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının
təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Dövlət xidmətlərinin
göstərilməsində səmərəli fəaliyyətinə
görə Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı
əməkdaşları “Dövlət
qulluğunda fərqlənməyə
görə” medalı
ilə təltif edilsinlər:
Baxşəliyev Vüsal
Şahin oğlu
Bəkirov Namiq
Zakir oğlu
Əfəndiyev Zaur
Məzahir oğlu
Əliyev Semral
Adil oğlu
Əlizadə Murad
Fərhad oğlu
Həsənzadə Ülvi
Mobil oğlu
Verdiyeva Nigar Famil qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2024-cü il
Azərbaycan.-2025.- 7 yanvar
(№1).- S.3.