Sudan Respublikasının Suveren
Keçid Şurasının
Sədri Zati-aliləri
cənab Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana
Hörmətli cənab
Sədr,
Sudan Respublikasının
milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik
edirəm.
Sizin COP29-da iştirak
etmək üçün
Bakıya səfərinizi
məmnunluqla xatırlayıram.
İnanıram ki, Azərbaycan Respublikası
ilə Sudan Respublikası arasında münasibətlər xalqlarımızın
mənafelərinə uyğun
olaraq həm ikitərəfli, həm də çoxtərəfli
əsasda bundan sonra da dostluq
və əməkdaşlıq
ruhunda inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır,
dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2024-cü il
Azərbaycan.-2025.-
7 yanvar (№1).- S.3.