Monteneqronun Prezidenti
Zati-aliləri cənab
Yakov Milatoviçə
Hörmətli cənab
Prezident,
Çetinye şəhərində
silahlı hücum nəticəsində insanların
həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizə
şərik çıxır,
Sizə, həlak olanların ailələrinə
və yaxınlarına,
bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verir, yaralananların tezliklə sağalmasını
arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 yanvar 2025-ci il
Azərbaycan.-2025.- 7 yanvar
(№1).- S.3.