2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə
seçkilərində Mərkəzi
Seçki Komissiyasına
daxil olmuş 4 yanvar 2025-ci il tarixli 01 saylı müraciətə baxılması
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar ¹ 1/3
2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
70 saylı Neftçala
seçki dairəsindən
Xol Qarabucaq bələdiyyəsinə namizədliyi
öz təşəbbüsü
ilə irəli sürülmüş Qəfərov
Qismət Tahir oğlu 4 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
teleqramla müraciət
edərək namizədliyinin
qeydə alınmasından
imtinaya dair dairə seçki komissiyasının 2 yanvar
2025-ci il tarixli 2/5 saylı qərarını
mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
yaradılmış ekspert
qrupunun üzvü tərəfindən araşdırılmış,
bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə
bağlı şikayətçi
ilə əlaqə saxlanılmış, araşdırma
və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması
izah edilmişdir. Araşdırmada və iclasda iştirak etməkdən imtina etmişdir.
Q.T.Qəfərov müraciətini
onunla əsaslandırmışdır
ki, dairə seçki komissiyası etibarnamə əsasında
oğluna verdiyi minik avtomobilinin əmlak barəsində məlumatda və əmək haqqı almadığı halda
7800 manat məbləğində
gəlirin namizədin
gəlirlərinin miqdarı
və mənbəyi haqqında məlumatda göstərilmədiyinə görə
əsassız olaraq Seçki Məcəlləsinin
58.1.4-cü və 58.1.5-ci maddələrini
tətbiq etməklə
onun namizədliyinin qeydə alınmasından
imtina etmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınmasını xahiş
etmişdir.
Dairə seçki
komissiyası Xol Qarabucaq bələdiyyəsinə
namizədliyi öz təşəbbüsü ilə
irəli sürülmüş
Q.T.Qəfərovun namizəd
kimi qeydə alınmasından imtina edilməsi barədə 2 yanvar 2025-ci
il tarixli 2/5 saylı qərarını
onunla əsaslandırmışdır
ki, namizədin təqdim etdiyi gəlirlərinin miqdarı
və mənbəyi haqqında məlumatda birillik dövr ərzində gəlirlərinin
olmadığını göstərmiş,
ancaq işçi qrupunun araşdırılması
zamanı onun həmin dövrdə 7800 manat gəlirlərinin olduğu aşkar edilmişdir. Həmçinin
əmlak barəsində
təqdim etdiyi məlumatda mülkiyyətində
olan 0,12 ha torpaq sahəsini və mülkiyyətçisi
olduğu "Toyota Prius" markalı minik avtomobilini göstərməmişdir.
Araşdırma ilə
əlaqədar seçki
sənədləri dairə
seçki komissiyasından
tələb edilərək
seçki sənədlərindəki
məlumatların təkrar
araşdırılması üçün
Mərkəzi Seçki
Komissiyasının nəzdində
yaradılmış işçi
qrupuna təqdim edilmişdir.
Araşdırmanın nəticəsi olaraq işçi qrupunun üzvləri tərəfindən
verilmiş 5 yanvar
2025-ci il tarixli rəy və rəyə əlavə edilmiş mülkiyyət hüququna dair təsdiqedici sənədlərlə
namizəd Q.T.Qəfərovun
mülkiyyətində Neftçala
rayonu Xol Qarabucaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin və ümumi birgə mülkiyyət hüququ ilə həmin kənddə 0,12 ha torpaq sahəsində yerləşən (4 otaq) fərdi yaşayış
evinin mövcud olması təsdiqini tapmışdır. Həmçinin
namizədin mülkiyyətində
bir ədəd Toyota
Prius markalı minik avtomobilinin olduğu, ancaq həmin əmlakların namizəd
tərəfindən təqdim
edilmiş əmlak haqqında məlumatda göstərilmədiyi müəyyən
edilmişdir.
Bundan başqa,
işçi qrupunun araşdırması ilə
bələdiyyə üzvlüyünə
namizəd Q.T.Qəfərovun
gəlirləri barəsində
təqdim etdiyi məlumatda göstərmədiyi,
lakin muzdlu işdən 2023-cü ilin
dekabr ayı üzrə 650 manat,
2024-cü ilin yanvar-sentyabr
ayları üzrə
5850 manat olmaqla ümumilikdə 6500 manat məbləğində gəlirlərinin
olduğu aşkar edilmişdir.
Araşdırma ilə
müraciətdə iddia
edilən digər hallar öz təsdiqini tapmamışdır.
Seçki Məcəlləsinin
60.2.3-cü maddəsinə əsasən namizədlərin,
siyasi partiyanın, siyasi partiya bloklarının bu Məcəllənin 57-ci və
58-ci maddələrinə uyğun
təqdim etdikləri məlumatların düzgün
olmaması namizədin
qeydə alınmasından
imtina üçün
əsasdır.
Seçki Məcəlləsinin
216.1-ci maddəsinə görə
bələdiyyə üzvlüyünə
namizədlər bu Məcəllənin 60-cı maddəsində
göstərilən qaydada
qeydə alınırlar.
Göstərilənlərə əsasən müəyyən
edilir ki, dairə seçki komissiyası tərəfindən
Q.T.Qəfərovun Xol
Qarabucaq bələdiyyəsinə
namizəd kimi qeydə alınmasından
imtina edilməsi barədə dairə seçki komissiyasının
qərarı əsaslı
olmuşdur. Ona görə də şikayətin təmin edilməsi üçün
hüquqi əsaslar mövcud deyildir.
Beləliklə, müraciət
əsassız olduğundan
təmin edilməməli,
Q.T.Qəfərovun Xol
Qarabucaq bələdiyyəsinə
namizəd kimi qeydə alınmasından
imtinaya dair 70 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının 2 yanvar
2025-ci il tarixli 2/5 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və
216-1-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
Xol Qarabucaq bələdiyyəsinə namizədliyi
öz təşəbbüsü
ilə irəli sürülmüş Qəfərov
Qismət Tahir oğlunun 4 yanvar 2025-ci il tarixli 01 saylı
müraciəti əsassız
olduğundan təmin edilməsin, 70 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının
2 yanvar 2025-ci il tarixli 2/5 saylı qərarı dəyişdirilmədən
saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl
Rəhimov
06.01.2025
Azərbaycan.-2025.-
7 yanvar (¹ 1).- S.8.