Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq azadlıqlara malikdir

 

Azərbaycanın pravoslav xristian icmasına

 

Hörmətli həmvətənlər!

Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza cansağlığı xoşbəxtlik arzulayıram.

Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir.

Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlətdin münasibətləri bərqərar edilmişdir. Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq azadlıqlara malikdir. Xristian həmvətənlərimiz inanclarına uyğun ayin mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər.

Yeniliyin, gələcəyə inamın, insanlar arasında xeyirxahlıq şəfqət duyğularının rəmzi olan Milad bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Qoy bu əziz bayram ailələrinizə sevinc səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2025-ci il

Azərbaycan.-2025.- 7 yanvar (№1).- S.1.