Dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda çalışan
işçilərin əməkhaqlarının
artırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, əhalinin rifahının
yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
dövlət büdcəsindən
maliyyələşən aşağıdakı
təşkilatlarda çalışan
rəhbər və digər işçilərin
aylıq vəzifə
maaşları 2025-ci il
yanvarın 1-dən orta
hesabla 15 faiz artırılsın:
1.1. Azərbaycan Milli
Elmlər Akademiyasının
Rəyasət Heyəti
və Aparatı, Gəncə bölməsinin
Aparatı;
1.2. Heydər Əliyev
Mərkəzi;
1.3. “Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzi;
1.4. Azərbaycanda Atatürk
Mərkəzi;
1.5. Azərbaycan Respublikasının
dövlət arxivləri
və onların filialları, rayon (şəhər) dövlət
arxivləri;
1.6. Azərbaycan Respublikasının
Narkomanlığa və
Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə
üzrə Dövlət
Komissiyasının daimi
fəaliyyət göstərən
İşçi qrupu;
1.7. Əsir və
itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
İşçi qrupu;
1.8. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi;
1.9. Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin
Aparatı;
1.10. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;
1.11. Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
Mədəniyyət üzrə
Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;
1.12. Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
Dövlət Film Fondu;
1.13. Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
tabeliyində Quba şəhərində “Soyqırımı
memorial kompleksi”;
1.14. Azərbaycan Respublikası
Müdafiə Sənayesi
Nazirliyinin Milli Aerokosmik
Agentliyinin Aparatı;
1.15. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
Məhkəmə -Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik
Ekspertiza Mərkəzi;
1.16. Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
1.17. Azərbaycan Respublikası
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsinin tabeliyində
Mənəvi Dəyərlərin
Təbliği Fondu;
1.18. icra hakimiyyəti orqanlarının nəzdindəki
mərkəzləşdirilmiş mühasibatlıqlar.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. bu Sərəncamın
1-ci hissəsində nəzərdə
tutulan qurumlarda çalışan rəhbər
və digər işçilərin vəzifə
maaşlarının yeni
məbləğlərini təsdiq
etsin;
2.2. bu Sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 yanvar 2025-ci il
Azərbaycan.-2025.-
8 yanvar (№2).- S.1.