Çin
Xalq Respublikasının
Sədri Zati-aliləri
cənab Si Cinpinə
Hörmətli cənab
Sədr.
Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş
vermiş güclü
zəlzələ nəticəsində
çoxsaylı insan tələfatı və dağıntılar barədə
xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxınlarına,
dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin
tezliklə aradan qaldırılmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 yanvar 2025-ci il
Azərbaycan.-2025.- 8 yanvar
(№2).- S.1.