Azərbaycan Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında"
Əsasnamədə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
18-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, № 1, maddə
14 (Cild I); 2024, № 1, maddə
19, № 2, maddə 137, № 7, maddə
755) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında"
Əsasnamənin 163-cü maddəsinin
ikinci hissəsində
"ə" bəndi" sözləri "e" və
"ə" bəndləri" sözləri ilə əvəz edilsin və həmin hissədən "adətən"
sözü çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 dekabr 2024-cü il
Azərbaycan.-2025.-
8 yanvar (№ 2).- S.8.