Azərbaycan
qəhrəmanlığı və peşəkarlığı
layiqincə dəyərləndirir
"Dekabrın 25-də Bakı-Qroznı marşrutu
ilə uçan AZAL-a
məxsus sərnişin
təyyarəsinin kənar
müdaxilə nəticəsində
qəzaya uğraması,
çox sayda vətəndaşımızın həlak olması və ağır yaralanması hər birimizi çox kədərləndirdi. Bu hadisə ilə əlaqədar 26 dekabr Azərbaycanda matəm günü elan edildi".
Bu sözləri
"Azərbaycan" qəzetinə
BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, məhz pilotlarımızın
və bütün ekipaj üzvlərinin peşəkarlığı və
qəhrəmanlığı sayəsində təyyarə
Aktau şəhərinə
qəza enişi etməsi nəticəsində
29 insanın həyatını
xilas etmək mümkün olub. Prezident İlham Əliyevin sərəncamları
ilə ekipaj üzvləri ilə vida mərasimindən sonra iki pilot
və bir bələdçi Milli Qəhrəman adına layiq görülüb, iki bələdçi isə birinci dərəcəli "Rəşadət"
ordeni ilə təltif edilib. "Yanvarın 6-da Prezident İlham Əliyevin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış
sərnişin təyyarəsinin
həlak olan ekipaj üzvlərinin ailə üzvləri və qəza zamanı sağ qalmış təyyarə
bələdçiləri ilə
görüşməsi və
dövlətimizin ən
ali mükafatlarını
şəxsən təqdim
etməsi dövlət
başçısının Azərbaycanın igid oğul və qızlarının qəhrəmanlığı
və peşəkarlığını
həmişə layiqincə
dəyərləndirməsinə bariz nümunədir. Dövlət başçımız
bir daha sübut etdi ki, həlak olanların hər biri təkcə onların yaxınları,
ailə üzvləri
üçün deyil,
həm də Azərbaycan dövləti
üçün əzizdir.
Görüşdə Prezident
İlham Əliyev bir sıra məqamlara
da aydınlıq gətirdi. Ölkə rəhbəri açıq
və qətiyyətli
şəkildə cinayət
törədilməsi nəticəsində
qəza hadisəsi baş verdiyini vurğuladı",
- deyə Kamilə Əliyeva bildirib.
O qeyd edib ki, əgər Qroznı şəhəri
ərazisində Rusiyanın
hava məkanının
bağlanması üzrə
vaxtında tədbirlər
görülsəydi, eləcə
də Rusiya Federasiyasının silahlı
qüvvələri və
mülki xidmətləri
arasında koordinasiya olsaydı, bu dəhşətli və acı faciə yaşanmazdı. Digər bir təəssüf doğuran məsələ
isə sərnişin
təyyarəsinin yaxınlıqdakı
hava limanlarına enməsinə icazə verilməməsidir. Bütün
bunların təxribat
olmasına və ya digər səbəbdən
baş verməsinə
"qara qutu"lar açıldıqdan sonra
tam aydınlıq gətiriləcək. Təyyarə
qəzaya uğradıqdan
dərhal sonra Rusiyanın bəzi dövlət qurumları hadisənin guya təyyarənin quşlarla
toqquşması və
ya təyyarə salonunda qaz balonunun
partlaması nəticəsində
baş verməsi haqqında uydurma informasiya yaymağa cəhd etdilər. Prezident İlham Əliyevin hadisəyə dərhal reaksiyası, istintaq komissiyasının
yaradılması və
bir sıra məsələlərə vaxtında
aydınlıq gətirilməsi
bu cəhdlərin qarşısını aldı.
Kamilə Əliyeva
bildirib ki, "qara qutu"nun Braziliyaya göndərilməsi
də dövlətimizin
başçısının tələbi və qətiyyəti sayəsində
baş tutub, çünki Rusiya Federasiyasının rəsmi
dairələri bu hadisənin obyektiv araşdırılmasına cəhd
göstərməyib: "Qara
qutu" açıldıqdan
sonra bütün suallara aydınlıq gətiriləcək və
hadisənin törədilməsində
cinayət tərkibi olması tam sübuta yetirildikdən sonra cinayətkarlar hökmən öz cəzalarını alacaqlar.
Bu gün dünya Azərbaycanın
oğul və qızlarının mərdliyindən,
igidliyindən danışır.
Onlar öz həyatlarını qurban
verərək onlarla insanın həyatını
xilas etdilər. Avropada, Amerikada oturub azərbaycançılıqdan,
vətənpərvərlikdən dəm vuran üzdəniraq "həmvətənlərimiz"
bu cür igid oğul və qızlarımıza
baxıb özlərinə
nə ad qoyurlar?! Azərbaycan xalqı xaricdəki riyakarları xəyanətkar
kimi tanıyır. Tarixin səhifələrinə
İqor İvanoviç
Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyeva Milli Qəhrəman, Osmanqızı və digərləri isə milli xəyanətkarlar kimi yazılacaqlar".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2025.-
8 yanvar (№2).- S.10.