Vuk
Vuksanoviç: Azərbaycan
Serbiya üçün
faydalı tərəfdaşa
çevrilib
Azərbaycan təbii
qaz təchizatında Serbiyanın etibarlı tərəfdaşıdır. Bu
barədə Serbiya Prezidenti Aleksandr Vuçiç hökumətin
iclasında bildirib.
Qeyd edək ki, Serbiya Azərbaycan
qazı ilə təmin olunan 8-ci ölkədir. Hazırda Azərbaycandan gündəlik
2,5 milyon kubmetrə qədər təbii qaz ixrac olunur.
Serbiyalı ekspert,
Belqrad Siyasət və İqtisadiyyat Mərkəzinin baş elmi işçisi Vuk Vuksanoviç ölkələr arasında
ikitərəfli münasibətlərin
hazırkı səviyyəsi
ilə bağlı
AZƏRTAC-ın suallarını
cavablandırır.
- Cənab Vuksanoviç,
Serbiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın
hazırkı vəziyyətini
necə qiymətləndirirsiniz?
- Azərbaycan Serbiya
üçün faydalı
tərəfdaşa çevrilib.
2008-ci il qlobal maliyyə böhranından
sonra başlayan bu tərəfdaşlığın
sürətlənməsində iqtisadi nüanslar rol oynayıb. Təbii qazla zəngin ölkələr
arasında enerji infrastrukturunun birləşdirilməsinin
vacibliyi enerji böhranından çox əvvəl qəbul edilib. Bu böhran
Serbiyaya ağır zərbə vurdu və Aİ genişlənməyə
marağını itirdikcə,
ölkə həll olunmamış ərazi mübahisəsi ilə Avropanın periferiyasında
qaldı. Azərbaycan
etibarlı tərəfdaşa
çevrildi və Serbiyaya çox ehtiyac duyulan kredit ayırmağa hazır idi.
2023-cü ilin dekabrında
Serbiya-Bolqarıstan qaz
kəmərinin sınaq
istismarına başlandıqdan
sonra prezidentlər Aleksandr Vuçiçin və İlham Əliyevin iştirakı ilə biz Yunanıstan-Bolqarıstan
qaz kəməri ilə Cənub Qaz Dəhlizinə (CQD) qoşula bildik. Son illər ölkələrimiz arasında
siyasi əlaqələr
tarixi zirvəyə yüksəlib.
- İki ölkə
arasında iqtisadi əlaqələrin əsas
sektorları hansılardır?
- Əməkdaşlıq ilk növbədə Azərbaycan kreditləri və “Azvirt”in həyata keçirdiyi layihələr vasitəsilə
infrastruktur layihələrindən
başlayıb. Bundan başqa, siyahıya əlavə edilə bilən enerji, müdafiə, kənd təsərrüfatı, qida
istehsalı, telekommunikasiya
və informasiya texnologiyaları kimi sahələr var. Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası
Komissiya iki ölkə arasında iqtisadi əməkdaşlığın
daha da genişləndirilməsi
üçün mühüm
platformadır.
- Son bir neçə ildə Serbiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin
həcmi nə qədərdir? Bu həcmlərin artması və ya azalması
meyilləri varmı?
- 2024-cü ilin birinci
yarısında Azərbaycan
ilə Serbiya arasında ticarət dövriyyəsi əhəmiyyətli
artım nümayiş
etdirərək 2023-cü ilin
müvafiq dövrü
ilə müqayisədə
5 dəfədən çox
artmaqla 30 milyon 856 min dollar təşkil
edib. Hər iki ölkənin hakimiyyətində investisiya
və ticarət axınlarını şaxələndirməyə
həvəsli olan elitanın olması faktı potensial olaraq ticarət dövriyyəsini artıra
bilər. Üstəlik,
biz görürük ki, Prezident Əliyevin
Serbiyaya hər səfəri Azərbaycan şirkətlərindən ibarət
nümayəndə heyətinin
iştirakı ilə
baş verir.
- Serbiya ilə
Azərbaycan arasında
qarşılıqlı investisiyalar
üçün ən
perspektivli sahələr
hansılardır?
- Azərbaycan təbii
ki, enerji sektorunda Serbiya üçün aktual olacaq. Ölkələrimiz
arasında investisiya əməkdaşlığının səviyyəsinə gəlincə,
Serbiyada 323 ayrı-ayrı
layihədən ibarət
ümumi dəyəri
17,8 milyard avro olan EXPO2027 layihəsi Azərbaycan şirkətlərinin
fəal iştirakı
üçün mühüm
imkan yaradır. Serbiya Azərbaycanla tərəfdaşlığın möhkəmləndirilməsi və
ümumi iqtisadi əlaqələrimizin inkişafı
üçün hər
cür səy göstərməyə hazırdır.
- Serbiya ilə
Azərbaycan arasında
enerji sektorunda, xüsusilə neft və qaz tədarükü
sahəsində əməkdaşlığın
perspektivləri necədir?
- Enerji təchizatı,
ilk növbədə,
qaz Bakını Belqrad üçün mühüm tərəfdaşa
çevirəcək, eyni
zamanda, müəyyən
dərəcədə Azərbaycanı
Balkan geosiyasətinin bir hissəsi edəcək. Bununla belə, Serbiyanın elektrik enerjisi böhranı fonunda 2022-ci
ildə Serbiya Azərbaycandan elektrik enerjisi idxal etdiyi üçün biz elektrik enerjisini
də nəzərə
almalıyıq. Yaşıl
enerji sahəsində əməkdaşlıq bərpaolunan
enerji mənbələrinə
investisiyalar və enerji infrastrukturunun inkişafı vasitəsilə
yaşıl keçid
prosesində rəsmi Bakı və Belqrad arasında qarşılıqlı fəaliyyət
üçün yeni imkanlar açır.
- İki ölkə
arasında münasibətlərin
inkişafı üçün
hansı enerji layihələri önəmli
ola bilər? Enerji infrastrukturu sahəsində birgə müəssisələrin yaradılması
imkanları nəzərdən
keçirilirmi?
- Serbiyanın “Srbijagas”
və Azərbaycanın
neft-qaz şirkəti
SOCAR arasında 2024-cü ilin
sonuna qədər 400 milyon kubmetr təbii qazın tədarükünə dair
2023-cü ilin sonunda müqavilə artıq imzalanıb. Bütün bunların əsasında
Aİ tərəfindən maliyyələşdirilən
Bolqarıstanla interkonnektor
dayanır. Elektrik enerjisi sahəsində Serbiyanın Niş şəhəri yaxınlığında
1 GVt gücündə
qazla işləyən
elektrik stansiyasının
tikintisi üzrə potensial birgə layihə iki hökumət tərəfindən
nəzərdən keçirilir.
Serbiyada daxili bazar üçün enerji istehsal edəcək yeni qaz elektrik stansiyalarının
tikintisi sahəsində
əməkdaşlıqda qarşılıqlı
maraq var.
- Serbiya ilə
Azərbaycan arasında
nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi perspektivləri
nədən ibarətdir?
- Bunu ikitərəfli əsasda etmək olmaz. Bu, yalnız başlanğıc nöqtəsi olaraq Cənub-Şərqi Avropa olmaqla, Avropa ilə Avrasiya arasında əlaqələri gücləndirmək üçün daha geniş, iddialı səylərin bir hissəsi kimi edilə bilər. Bu, Rumıniya, Bolqarıstan, Gürcüstan və təbii ki, Türkiyə kimi Qara dəniz sahilində yerləşən ölkələrin iştirakı ilə edilməlidir. Nəqliyyat və logistika sektorunda böyük potensial var. Xüsusilə nəzərə alsanız ki, beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycan və Serbiya ərazilərindən keçir, burada bizim müvafiq strukturlar qovşaqların, əlaqələrin yaradılması istiqamətində fəal işləməlidir.
Azərbaycan.-2025.- 8 yanvar (¹2).- S.10.