Qazaxıstan mətbuatı Azərbaycan Prezidentinin çıxışından sitat gətirir

 

Qazaxıstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “AZAL” sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri sağ qalan bələdçilərlə görüşündə çıxışını işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “Tengrinews.kz” Azərbaycan Prezidentinin Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı təqsirkarların cəzalandırılması tələbi ilə çıxış etdiyini ictimaiyyətin araşdırmanın ilkin nəticələrini tezliklə öyrənəcəyini bəyan etdiyini yazır.

“Kaztag.kz” nəşri dövlət başçısının sözlərinə istinadən yazır ki, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının həlak olmasına görə məsuliyyət Rusiya Federasiyasının nümayəndələrinin üzərinə düşür. “Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, biz tam şəffaflıq insani davranış tələb edirik”, – deyə nəşr Prezidentin sözlərini çatdırır.

“Zakon.kz” Prezident İlham Əliyevə istinadla təyyarəninqara qutu”larının açılmasına başlanılması fəlakətə görə günahkarların məsuliyyətə cəlb edilməsi tələbi ilə bağlı məlumat yayıb.

“Orda.kz” nəşri Azərbaycanın dövlət başçısının Dövlətlərarası Aviasiya Komitəsininqara qutu”larının açılmasında iştirakına qəti etirazı ilə bağlı sözlərinə istinadən qəzaya uğramış təyyarəninqara qutu”larının Braziliyada deşifrə edilmə səbəbini izah edib.

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirənAZAL”ın sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

Azərbaycan.- 2025.- 8 yanvar (¹2).- S.10.