Xalq yazıçısı Natiq Rəsulzadənin yeni kitabı işıq üzü görüb

 

Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin dilogiyası - “Gecədə atlıpovesti Poker oyunuromanı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitabdakı ilk əsər yazıçı tərəfindən 1981-ci ildə yazılmış, oxucuların geniş rəğbət məhəbbətini qazanmış məşhurGecədə atlıpovestidir. İkinci əsər - 2024-cü ildə yazılmışPoker oyunuromanı bu hekayənin davamıdır. Müəllif burada otuz il sonra baş verən hadisələrdən, qəhrəmanının taleyindən, çətin sınaqlardan keçdiyi, lakin sınmadığı, məqsədinə çatdığı ömür yolundan bəhs edir.

Natiq Rəsulzadə - Azərbaycanın Xalq yazıçısı, Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, nasir, dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi, “Şöhrətordeni, bir çox yerli xarici ədəbi mükafatların laureatıdır. O, Bakı, Moskva Avropa ölkələrində çap olunmuş əllidən çox kitabın, çoxsaylı povestlərin, hekayələrin, ssenarilərin pyeslərin müəllifidir.

Kitabı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yanında Kitab Evindən əldə etmək olar.

 

Azərbaycan.-2025.- 8 yanvar (№2).- S.15.